Icma.az
close
up
RU
“Palmeyras”ın qələbə seriyası San Paulu derbisində qırıldı

“Palmeyras”ın qələbə seriyası San Paulu derbisində qırıldı

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Braziliya çempionatında aprelin 11-12-də 11-ci turin oyunları keçirildi. Qeydə alınan nəticələrdən sonra lider dəyişməsə də, turnir cədvəlinin ən yüksək pillələrində dəyişikliklər baş verdi.

Mart-aprel aralığında ardıcıl 5 qələbə qazanmaqla yenidən liderliyi ələ alan “Palmeyras” uğurlu seriyanı davam etdirə bilmədi. Son mövsümün gümüş mükafatçısı səfərdə “Korintians”dan bir xal ala bildi. Bu mövsüm zəif çıxış edən meydan sahibləri əzəli rəqibini əzmkarlıqla büdrətməyi bacardılar. Matçın gedişində baş verən hadisələr qonaqların işinə yaraya bilərdi. Belə ki, 35-ci dəqiqədə yarımmüdafiəçi Andre Luis, 71-ci dəqiqədə isə müdafiəçi Mateuzinyo qırmızı vərəqə aldı. Ciddi itkilərə baxmayaraq, “Korintians” San Paulu derbisində hesabına xal yazmağı bacardı. Qolsuz “sülh” çempionatdakı qələbə seriyası qırılan Abel Ferreyranın komandasının mövqeyinə təsir etmədi. “Palmeyras” indi əsas izləyicilərini 6 xal qabaqlayır.
Çünki tura hərəyə 20 xal toplamaqla 2-3-cü yerləri bölüşməklə başlayan hər iki komanda məğlub oldu. “San Paulu” səfərdə “Vitoriya”dan xal ala bilmədi. İki cavabsız qolla uduzan Rojer Maşadonun komandası topların fərqinə görə 3-cü yerə düşdü. A seriyasında 6-cı turdan sonra turnir cədvəlinə başçılıq edən “San Paulu”da baş məşqçi dəyişikliyinin mənfi effekt verdiyi göz qabağındadı. Argentinalı Ernan Krespo ilə yolların müəmmalı şəkildə ayrılmasından sonra komandada aşkar eniş yaşanır. “Üçrənglilər” son 5 oyunda hesabına yalnız 4 xal yazmaqla tədricən əsas hədəflərindən ayrı düşüblər.
10-cu turdan sonra 3-cü yerdə olan “Fluminense” də hesabat turunu xalsız başa vurdu. Rio de Janeyro derbisində “Flamenqo”ya 1:2 hesablı məğlubiyyət Luis Subeldiyanın komandasını 4-cü yerə saldı. Mövsümə zəif başladığı üçün Filipe Luisi baş məşqçi vəzifəsindən qovan son çempion Leonardo Jardimin rəhbərliyi altında keçirdiyi 7 oyunda hesabına 16 xal yaza bilib. Bu nəticə ehiyatda bir oyunu olan “Flamenqo”nu topların fərqinə əsasən 4-cü yerdən 2-yə qaldırdı. Çempion indi liderdən 6 xal geri qalır.
Tur “Bayya” üçün də uğurlu alındı. Komanda autsayder “Mirassol”a 2:1 hesabıyla qalib gəldi. Bu nəticə ehtiyatda bir oyunu olan salvadorluların 5-ci yerdəki mövqeyini qorumasına şərait yaratdı. Maraqlıdı ki, lider “Palmeyras”ı 20 xala malik olan 4 komanda izləyir.
Ötən mövsümün bürünc mükafatçısı olan “Kruzeyro”dan istefaya göndərilən baş məşqçi Titenin yerini tutan Artur Jorjenin gəlişi hələ ki istənilən effekti vermir. Mövsümün ilk 10 oyununda hesabına 7 xal yaza bilən “Kruzeyro” hesabat turunda qələbə qazandı. Hələ də autsayderlər qrupunda olan komandanın 19-cu yerdən 17-yə yüksəlməsi yerli azarkeşlər üçün yalnız kiçik təsəlli ola bilər.
11-ci tur
Korintians - Palmeyras 0:0
Vitoriya - San Paulu 2:0

Kaka, 35. Ramon, 83.
Fluminense - Flamenqo 1:2
Savarino, 76 – Pedro, 7; 51.
Mirassol - Bayya 1:2
Duarte, 14-öz qapısına – Juba, 65-p. Sanabriya, 89.
Atletiko Paranaense - Şapekoense 2:0
Mendosa, 57. Viveros, 81.
Remo - Vasku da Qama 1:1
Marllon, 84 – K.Qomes, 54.
Santos - Atletiko Mineyro 1:0
Moyses, 63.
İnternasyonal - Qremio 0:0
Botafoqo RJ - Koritiba 2:2

Dabilo, 55. Kabral, 77 – B.Lopes, 33. Laveqa, 79.
Kruzeyro - Braqantino 2:1
Vilyarreal, 18. Kristian, 49 - Urtado, 6.
1. Palmeyras 11 8 2 1 21-10 26
2. Flamenqo 10 6 2 2 18-10 20
3. San Paulu 11 6 2 3 15-9 20
4. Fluminense 11 6 2 3 18-13 20
5. Bayya 10 6 2 2 15-10 20
6. Atletiko Paranaense 11 6 1 4 17-13 19
7. Koritiba 11 4 4 3 13-12 16
8. Atletiko Mineyro 11 4 2 3 14-13 14
9. Braqantino 11 4 2 5 11-12 14
10. Vitoriya 10 4 2 4 11-14 14
11. Botafoqo RJ 10 4 1 5 18-21 13
12. Qremio 11 3 4 4 14-14 13
13. Vasku da Qama 11 3 4 4 15-17 13
14. İnternasyonal 11 3 4 4 9-10 13
15. Santos 11 3 4 4 14-16 13
16. Korintians 11 2 5 4 8-11 11
17. Kruzeyro 11 2 4 5 14-21 10
18. Remo 11 1 5 5 11-18 8
19. Şapekoense 10 1 5 4 10-18 8
20. Mirassol 10 1 3 6 11-16 6
Bombardirlər: Vinisius (Qremio) - 7, Kalyeri (San Paulu), Danilo (Botafoqo RJ), Viveros (Atletiko Paranaense) - 6.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Aprel 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri