Paltaryuyanın qapağını niyə açıq qoymaq olmaz?
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Ev işlərində hamımızın doğru bildiyi bəzi vərdişlər əslində məişət texnikasının ömrünü qısaldır. Bunlardan biri də yuma bitdikdən sonra maşının qapağını geniş şəkildə açıq qoymaqdır. Adətən içəridəki nəm çəkilsin və pis qoxu yaranmasın deyə edilən bu hərəkət, əslində ciddi texniki nasazlıqlara zəmin yaradır.
Demokrat.az xəbər verir ki, müasir paltaryuyan maşınların qapaqları ağır şüşə və plastik materiallardan hazırlanır. Qapaq uzun müddət tam açıq qaldıqda, bütün ağırlıq tək nöqtəyə düşür. Bu da zamanla qapağın aşağı sallanmasına, gövdəyə tam oturmamasına və nəticədə maşının su sızdırmasına səbəb olur.
Məsələ təkcə mexaniki nasazlıqla bitmir. Qapağın geniş açıq qalması evdəki tozun, tüklərin və hissəciklərin birbaşa maşının içinə dolmasına şərait yaradır. Nəm səthlərə yapışan bu çirklər filtrləri daha tez tıxayır və cihazın işini çətinləşdirir. Bundan əlavə, dar vanna otaqlarında açıq qalan qapağa toxunub onu qırmaq və ya kiçik uşaqların, ev heyvanlarının maşının içinə girməsi kimi təhlükəsizlik riskləri də yaranır.
Bəs nəm və kif qoxusundan necə qorunmalı? Çıxış yolu qapağı tam açmaqda yox, aralı saxlamaqdır. Yuma bitdikdən sonra maşındakı rezin hissəni quru əski ilə silmək və qapağı cəmi bir barmaq boşluğu qalacaq qədər aralı qoymaq kifayətdir. Bu üsul həm hava axınını təmin edir, həm də maşının ömrünü uzadır.
Aytən
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Paltaryuyanın arxasından gizli tunel tapıldı VİDEO
31 Mart 2025 17:32
Paltaryuyanın rezininə qoyulan qaşıq xərcləri azaldır
26 Dekabr 2025 23:58
Bu rejimdə yumaq paltaryuyanın evini yıxır
06 Mart 2026 06:02
Arvadını paltaryuyanın səsinə görə döydü Məhkəməlik oldular
03 Noyabr 2026 10:45
Çox adamın etdiyi bu vərdiş paltaryuyanın ömrünü qısaldır
29 Mart 2026 07:02
Baxış sayı:227
Bu xəbər 21 Mart 2026 11:11 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları