Icma.az
close
up
RU
Pambıq mahlıcı qeyri neft sektorun ixracında birinci olub

Pambıq mahlıcı qeyri neft sektorun ixracında birinci olub

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

2024-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,3% artaraq 3,4 milyard ABŞ dolları təşkil edib.

Teleqraf.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində yeyinti məhsullarının ixracı 11,3% artaraq 1,03 milyard ABŞ dollarına bərabər olub.

2024-cü ilin 12 ayı ərzində ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 62,4% artaraq 38,5 milyon ABŞ dolları, pambıq lifi 45,2% artaraq 178,2 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylər 32,8% artaraq 28,9 milyon ABŞ dolları, qiymətli metallar 29,2% artaraq 215,3 milyon ABŞ dolları, kimya sənayesi məhsulları 18,3% artaraq 293,7 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilər 14,3% artaraq 68,8 milyon ABŞ dolları, çay 1,6% artaraq 6 milyon ABŞ dolları, qara metallar 1,9% artaraq 48,2 milyon ABŞ dolları, alüminium və ondan hazırlanan məmulatlar 1% artaraq 197,2 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin yanvar-dekabr ayları ərzində aqrar məhsulların ixracı 2,8% artaraq 789,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı 57,3% artaraq 316,1 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14,1% artaraq 1,11 milyard ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilmiş pambıq mahlıcı (177,1 milyon ABŞ dolları) qeyri-neft sektoruna aid malların siyahısında birinci olub. Bu siyahıda ikinci yerdə tomat (pomidor) (175.4 milyon ABŞ dolları), üçüncü yerdə qızıl (165.3 milyon ABŞ dolları) qərarlaşıb.

2024-cü ilin yanvar-dekabr ayları ərzində Rusiya Federasiyasına 1.2 milyard ABŞ dolları, Türkiyəyə 542,3 milyon ABŞ dolları, Gürcüstana 272,4 milyon ABŞ dolları, İsveçrəyə 220,4 milyon ABŞ dolları, ABŞ-a isə 134,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2024-cü ilin dekabr ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma (27,1 milyon ABŞ dolları) birinci, tomat (pomidor) (20,1 milyon ABŞ dolları) ikinci, qızıl (19,5 milyon ABŞ dolları) üçüncü olub.

Ötən ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (94.2 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (35.2 milyon ABŞ dolları) ikinci, İsveçrə (26.8 milyon ABŞ dolları) üçüncü olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 03 Fevral 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri