Icma.az
close
up
RU
Pambıqçılıqla məşğul olanlara ŞAD XƏBƏR

Pambıqçılıqla məşğul olanlara ŞAD XƏBƏR

Icma.az bildirir, Olke.az portalına istinadən.

Azərbaycanda pambıqçılıqda yeni dəstək mexanizmləri tətbiq olunacaq.
Ölkə.az “report.az”a istinadla xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezidentin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.
Onun sözlərinə görə, pambıqçılıqda məhsul subsidiyalarının davam etdirilməsi, həmçinin mahlıcın beynəlxalq bazarlarda dəyişkən qiymətlərindən irəli gələn risklərin azaldılması məqsədilə sığorta mexanizmlərinin hazırlanaraq tətbiqi nəzərdə tutulur:
"Bu mexanizmlər fermerlərin və pambıqçılıq şirkətlərinin gəlirlərinin sabitliyinin qorunmasına, istehsalın daha etibarlı planlaşdırılmasına və sahədə maliyyə risklərinin minimuma endirilməsinə imkan verəcək.
 

Bununla yanaşı, pambıq emalı sənayesinin inkişafı məqsədilə yeni iplik, parça və tekstil müəssisələrinin yaradılması, emal avadanlıqlarının alınmasına dövlət dəstəyinin göstərilməsi, eləcə də istehsal olunan pambıq ipliyinin daxili emal sənayesinə yönləndirilməsinin təşviqi nəzərdə tutulur.


Bu yanaşma pambığın yalnız xammal kimi ixracının qarşısını almağa, əlavə dəyər zəncirinin ölkə daxilində genişləndirilməsinə və yerli sənayenin rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək".
Bundan başqa, Z.Nağdəliyev deyib ki, pambıqçılıqda hər hektardan 5 ton məhsul hədəfi müəyyən edilib:
"Dövlət başçısı kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə pambıqçılıq sahəsində əldə olunan nəticəni yüksək qiymətləndirib, qarşıya daha iddialı hədəflər qoyub. Bu hədəflər sırasında hər hektardan ən azı 5 ton məhsul əldə edilməsi, emal sənayesinin inkişaf etdirilməsi, mahlıcdan hazır məhsul istehsalının genişləndirilməsi və ixrac potensialının artırılması xüsusi yer tutur.
Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi məqsədilə bir sıra kompleks və sistemli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərə müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, pambıqçılığın texnika təminatının gücləndirilməsi, torpaq resurslarından səmərəli istifadəni təmin edən qabaqcıl aqrotexniki yanaşmaların, o cümlədən lazer hamarlama texnologiyasının tətbiqinin artırılması daxildir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 İyun 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri