Icma.az
close
up
RU
Panama kanalı uğrunda mübarizə şiddətlənir

Panama kanalı uğrunda mübarizə şiddətlənir

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Yol” mübahisəsi müharibəyə çevriləcəkmi?

ABŞ-ın Panama kanalı ilə bağlı mövqeyi intensiv xarakter almaqdadır - Tramp administrasiyası kanala nəzarət etmək üçün ciddi addımlar atmağa hazırlaşır. Fevralın 2-də ABŞ Dövlət katibi Marko Rubio Panamaya rəsmi səfər edib - səfər zamanı dövlət katibinin Panama prezidenti ilə görüşü təşkil olunub.  Dövlət Departamentinin məlumatına görə, Marko Rubio Prezident Xose Raul Mulinonun diqqətinə çatdırıb ki, Donald Tramp Çinin regionda artan təsirindən narahatdır və Panama kanalı ilə bağlı status-kvonu saxlamaq istəmir və əgər dəyişikliklər baş verməyəcəyi təqdirdə ABŞ öz hüquqlarını qorumaq üçün tədbirlər görməyə məcbur qalacaq.

M.Rubionun prezident Xose Raul ilə görüşündən sonra Latın Amerikası ölkəsinin hökuməti Çinin Bir kəmər, bir yol” təşəbbüsünə yönələn Pekin ilə imzaladığı anlaşma memorandumunun vaxtını uzatmayacağını bəyan edib. Eyni zamanda Panama Çinlə kanalda həyata keçirilməsi nəzərdə tutulan bir neçə layihəni dayandıracaq. Bununla, Panama tərəfi Çin hərbi gəmilərinin kanaldan keçidi ilə bağlı ABŞ-ın narahatlıqlarını tam olaraq nəzərə alacaq.

Bir sıra ekspertlər iddia edirlər ki, Panama kanalı ətrafında baş verənlər qısa zamanda “çat” verəcək - başqa sözlə, Çin-ABŞ qarşıdurması artıq fərqli müstəvilərə transfer olunmaqdadır. Hətta Tramp administrasiyasının bu cür yollara əl atmaqla Çini müharibəyə cəlb etmək istədiyini belə düşünənlər var. Bu mənada perspektivdə nəyin baş verə biləcəyi indidən maraq doğurur. Bu mübarizənin nələrə yol aça biləcəyinə gəldikdə isə...

Mübarizə güclənsə də...

Politoloq Zaur Məmmədov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, yaxın zamanda ABŞ ilə Çin arasında geosiyasi və geoiqtisadi mübarizə daha da güclənəcək, amma müharibənin baş verməsi inandırıcı görünmür. “ABŞ ilə Çin arasında Panama kanalı və digər geostrateji hədəflər uğrunda Üçüncü Dünya müharibəsi və ya hər hansı müharibənin baş verəcəyi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir. İki böyük və nəhəng ölkə dünyanı məhvə aparacaq  təhlükəyə getməyəcək. Bəli, Vaşinqton və Pekin arasında Panama kanalı üzərindən ziddiyyətlər getdikcə güclənir. Tramp administrasiyası xüsusi strateji əhəmiyyətə malik olan bu kanal vasitəsilə Çinə təzyiqləri artırmaq niyyətindədir”.

ABŞ niyə narahatdır?

“Əgər Panama kanalının tarixinə nəzər yetirsək, bu kanalın Çin üçün də xüsusi əhəmiyyət kəsb etdiyini görə bilərik. 1997-ci ildən başlayaraq, Pekinin Panama kanalına marağı artıb və kanala çıxış əldə etmək üçün öz hədəflərini ortaya qoyub. Nəticə etibarı ilə kanalda logistik fəaliyyətlə bağlı bir çox tenderlərdə Çin şirkətləri qalib gəlib. Bir məqamı da qeyd edim ki, Panamanın iki limanı Çin tərəfindən idarə olunur. Çin şirkətləri təkcə Panamada deyil, həmçinin digər Latın Amerikası ölkələrində də nəqliyyat-kommunikasiya xətlərinin qurulmasına milyardlarla investisiya yatırıb,”- deyə Z.Məmmədov bildirib. 

ABŞ istənilən yolla kanala nəzarəti bərpa edə bilər

“Vaşinqtonun bu kanala hərbi müdaxilə olmadan nəzarət etməsi üçün kifayət qədər imkanları var,” - deyə Z.Məmmədov vurğulayıb. O bildirib ki, Trampın birinci prezidentlik dövründə də Panamaya təzyiqlər olunurdu: “Bu siyasət ilə müəyyən müsbət nəticələr əldə olunmuşdu. Panama Çinlə əlaqələri bir qədər məhdudlaşdırdı və Vaşinqtonun təzyiqlərinə boyun əyməyə məcbur oldu. İkinci hakimiyyəti dövründə də Tramp Panama kanalına diqqət ayıracaq. Əgər dövlət katibi Marko Rubionun səfərindən sonra Panama Çinlə imzaladığı anlaşma memorandumundan imtina edirsə, bu onu göstərir ki, Tramp administrasiyası kanalın Çinin nəzarətinə keçməsinə imkan verməyəcək”.

ABŞ Çinə qarşı...

“Panama kanalından sonra növbəti mərhələdə Süveyş  kanalı diqqət mərkəzində olacaq. Eyni zamanda onu da qeyd edim ki, əgər mümkün olacaqsa, Trampın Cənubi Qafqazdakı kommunikasiya xətlərinə diqqət ayıracağı istisna deyil”.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Fevral 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri