Panama prezidenti Panama kanalının respublikanın mülkiyyətində olduğunu vurğuladı
Icma.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.
Panama prezidenti Xose Raul Mulino ABŞ-ın yeni prezidenti Donald Trampın Panama kanalına nəzarəti ələ keçirmək niyyəti ilə bağlı bəyanatlarını rədd etdi və kanalın ölkəyə məxsus olduğunu vurğuladı.
Bu, Trampın inauqurasiya nitqində Panama kanalını ABŞ-a qaytaracağına və Meksika körfəzinin adının Amerika Körfəzi adlandırılacağına söz verdiyi açıqlamalarına cavabı olub.
“Dekabrın 22-də xalqa müraciətimdə dediyimi bir daha təkrar edirəm: kanal Panama ərazisinin bir hissəsi olub və olaraq qalır, onun rəhbərliyi daimi neytrallığına ciddi hörmətlə yanaşaraq, Panama nəzarəti altında qalacaq”, - Mulino öz bəyanatında bildirib.
Panama prezidenti xüsusi olaraq vurğuladı ki, “dünyada kanalın idarə olunmasına müdaxilə edəcək bir ölkə yoxdur”.
"25 ildir ki, biz kanalı davamlı olaraq idarə edirik, dünya və dünya ticarəti, o cümlədən ABŞ qarşısında buna görə məsuliyyət daşıyırıq. Biz dialoqa hazırıq, lakin təslim olmağa yox", - Panama prezidenti əlavə edib.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 21 Yanvar 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















