Panama rəsmi olaraq Çinin “Bir kəmər və yol” təşəbbüsündən çıxacağını elan edib
Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, həftəlik mətbuat konfransında danışan Mulino, Panamanın Pekindəki səfirinin müqavilədə göstərildiyi kimi ləğvin 90 gün əvvəl elan edilməsi üçün müvafiq sənədi Çinə təqdim etdiyini bildirib.
Qərarın tamamilə özünə aid olduğunu vurğulayan Mulino: "O dövrdə Çinlə bu müqaviləni imzalayanların belə bir addım atmaq üçün nəyə güvəndiyini bilmirəm. Bu illər ərzində müqavilə Panamaya hansı xeyiri verdi? "Bir Kəmər və Yol Təşəbbüsü ölkəyə nə gətirib?", - deyə qeyd edib.
Tərəflər arasında anlaşma məktubuna əsasən, müqavilə hər üç ildən bir avtomatik olaraq yenilənir. Növbəti yeniləmə 2026-cı ilə planlaşdırılırdı, lakin tərəflərdən biri üç aylıq xəbərdarlıq edərək müqaviləni ləğv edə bilər.
ABŞ dövlət katibi Marko Rubio fevralın 2-də Panama səfəri zamanı bəyan edib ki, Çinin Panama kanalına təsirini azaltmaq lazımdır, əks halda “lazımi tədbirlər” görüləcək.
"Panama kanalının suverenliyi müzakirə olunur", - ifadəni işlədən Mulino Rubioya Panamanın 2017-ci ildə Çinlə “Kəmər və Yol” təşəbbüsü çərçivəsində imzaladığı anlaşma memorandumunu yeniləməyəcəyini də bildirib.
ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra ilk çıxışında daha əvvəl gündəmə gətirdiyi “Panama kanalının geri alınması” məsələsinə də toxunaraq, “Panama kanalını Çin idarə edir. Biz bunu Çinə vermədik, Panama verdik və geri alırıq”, - deyə bildirib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 07 Fevral 2025 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















