Icma.az
close
up
RU
Panama təslim oldu, Trampın təzyiqi nəticə verdi Politoloq

Panama təslim oldu, Trampın təzyiqi nəticə verdi Politoloq

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Panama təslim oldu. Panama Prezidenti Xose Raul Mulino ölkəsinin Çinin “bir kəmər, bir yol” təşəbbüsündən çıxdığını bəyan edib. Buna baxmayaraq, Mulino Çinlə dilpomatik əlaqələri kəsməyəcəyini bildirib".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu özünün "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə bununla da ABŞ Prezidenti Donald Trampın Panamaya təzyiqi nəticə verib:

"Tramp Konqresdəki son çıxışında ABŞ-ın Panama kanalına sahiblənəcəyi fikrini bir daha təkrarlamışdı. Ağ Ev sahibi hələ ki, buna nail olmasa da, Panama faktiki Vaşinqton qarşısında “ağ bayrağını” qaldırıb. Vaşinqton müstəqil dövləti Çinin layihəsindən çıxmağa məcbur edib. Trampın təlimatıyla dövlət katibi Marko Rubio fevralın 1-də Panamaya səfər etmişdi. Rubio Trampın xəbərdarlığını şəxsən Panama Prezidentinin diqqətinə çatdırmışdı. Bu səfərdən sonra Panama iki qərarını açıqladı. Birincisi, bundan sonra ABŞ-ın hərbi gəmiləri kanaldan keçərkən rüsum ödəməyəcəklər. İkincisi, Panama Çin şirkətləriylə kanal ətrafındakı limanların işlədilməsi müqaviləsinin müddətini uzatmayacaq.

Pekin Panamanın qərarından təəssüfünü bildirib. Çinlə Panama arasında əməkdaşlıq müqaviləsi 2017-c ildə imzalanmışdı. Çin şirkətlərinin Panama ətrafındakı limanları işlətməsiylə bağlı saziş isə daha əvvəl 1997-i ildə imzalanmışdı. Panama rəhbərliyi bu yolla Çin kapitalını cəlb etməyi planlaşdırırdı. Bu planlar reallaşmağa başlayarkən, Tramp işlərin gedişini pozdu. İndi Panama dövləti ümid edir ki, Çin kapitalını ABŞ kapitalı əvəz edəcək. Bundan başqa Panama dövləti Çinlə hərbi əməkdaşlığa da son verəcək. Son illərdə Çinin və Panamanın sərhəd xidməti, hərbi-hava və hərbi-dəniz qüvvələri arasında da əməkdaşlıq genişlənmişdi.

Tramp administrasiyasının Panamada əldə etdiyi qələbəsi ABŞ-Çin qarşıdurmasını daha da gücləndirəcək. Görünür, Tramp Çini başqa bazarlardan da sıxışdırmağa çalışacaq".

Vasif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Mart 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri