Panamada insanlar meydanlara çıxdı: Trampın plakatları yandırıldı
Icma.az, Publika.az portalına istinadən məlumat verir.
ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın Panama kanalı ilə bağlı açıqlamalarına reaksiya gəlib. Panama xalqı küçələrə çıxaraq meydanlarda Trampın plakatlarını yandırıb.
Publika.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Panama kanalının ABŞ-a qaytarılmasını tələb edə biləcəyi ilə bağlı açıqlamalarına reaksiya verən Panama xalqı Trampın plakatlarını yandırıb.
Panamanın ən güclü həmkarlar ittifaqlarından biri olan İnşaat Sektorlarında İşçilərin Milli Həmkarlar İttifaqının (Suntracks) rəhbərliyi ilə meydanlara çıxan xalq Panama parlamenti qarşısında Trampa etiraz edib.
Nümayişçilər ABŞ bayrağını və Trampın plakatlarını yandıraraq Panama prezidenti Xose Raul Mulinoya dəstək olduqlarını bildiriblər.
Suntracks tərəfindən edilən açıqlamada qeyd edilib ki, Donald Trampın təhdidləri qətiyyətlə rədd edilir:
“Bu bölgə panamalılara məxsusdur. Biz suverenliyimizi və kanalımızı qorumaqda qərarlıyıq. Kolumbiya prezidenti Qustavo Petro, Meksika prezidenti Klaudiya Şeynbaum və Venesuela hökuməti Panamanın kanal üzərindəki suveren hüquqlarına hörmət edilməli olduğunu vurğulayaraq Mulinoya dəstək mesajları göndəriblər”.
Aysel Şahmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 24 Dekabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















