Icma.az
close
up
RU
Pandemiya ilindən sonra həm dünyada, həm də ölkəmizdə yoxsullaşmaya meyl artıb AÇIQLAMA

Pandemiya ilindən sonra həm dünyada, həm də ölkəmizdə yoxsullaşmaya meyl artıb AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2024-cü ildə Azərbaycanda yoxsulluq həddi 270 manatı ötüb.  Dövlət Statistika Komitəsinin xəbərinə görə, 2023-cü ildə 247 manat olan yoxsulluq həddi ötən ilin sonunda 270 manat təşkil edib. Bir ildə yoxsulluq həddində 23 manat, yəni 9,31 faiz artım baş verib. 
İqtisadçı Pərviz Heydərov Demokrat.az-a açıqlamasında söyləyib ki, ölkədə yoxsulluq həddinin artmağa başlaması son illər ərzində yaşayış səviyyəsinin çətinləşməsi ilə bağlıdır:
“Bunun da əsas səbəbi hər şeyin bahalaşmasıdır. Hansı ki, bu proses əvvəlki dövrdən fərqli olaraq davamlı xarakter daşıyır. Eyni zamanda, sözügedən məsələyə dövlət tərəfindən tənzimlənən bir sıra tariflərin artırılması da mühüm təsir göstərib. Yaşayışın çətinləşməsində idxalın getdikcə genişlənməsi də mühüm rol oynayıb və oynayır. Çünki qeyd olunan tendensiyanın nəticəsində məşğulluq imkanları istər-istəməz daralır. Yəni, həm obyektiv, həm də subyektiv səbəblərə dair bir sıra bu cür fikirlər söyləmək olar”.
İqtisadçı əlavə edib ki, yoxsulluq həddinin artması yoxsulluq səviyyəsinin də yüksəlməsinə olub:
“Belə ki, 2021-2023-cü illərdə yoxsulluq həddi davamlı azalaraq 6,2 faizdən 5,2 faizə endiyi halda 2024-cü ildə 5,3 faizə yüksəlib. Əslində isə, bayaq da qeyd etdiyim ki, bu, son bir neçə illərdir davam edir. Yəni, təkcə, keçən ilin ərzində baş verən tendensiya hesab olunmur. Ümumiyyətlə, pandemiya ilindən sonra həm dünyada, həm də ölkəmizdə yoxsullaşmaya meyl artıb. Məlumdur ki, ölkəmizdə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarı 285 manat məbləğində müəyyən edilib. Yaşayış minimumu isə, ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğindədir. 2023-cü ildən ölkə üzrə ehtiyac meyarı ilə yaşayış minimumu göstəricisi bərabərləşdirilib.  Ölkədə yoxsulluq həddinin təkcə bir ildə, yəni keçən il ərzində 23 manat, yəni 9,31 faiz artması hesab edirəm, bu rəqəmləri ən azı növbəti ildən etibarən ciddi fərqlə dəyişdirməyi tələb edir. Çünki yoxsullaşma artmaqda davam edəcək. Buna qlobal miqyasdakı vəziyyət, həm də daxili səbəblər təsir göstərməkdə davam edəcək. Xüsusən də, şəhər yerlərində sözügedən proses daha yüksək tempdə özünü göstərəcək”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 İyun 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri