Icma.az
close
up
RU
Pandemiyada açılan modul xəstəxanalar bağlanıb? RƏSMİ

Pandemiyada açılan modul xəstəxanalar bağlanıb? RƏSMİ

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Pandemiya dövründə modul tipli xəstəxanalar ölkədə vacib rol oynadı. 

Bu xəstəxanaların qısa zamanda hazırlanması həm xəstələrin vaxtında müalicə almasına imkan yaratdı, həm də mövcud vəziyyəti yüngülləşdirdi. İndi onların hansı formada fəaliyyət göstərməsi maraq doğurur. Hazırda ölkə üzrə neçə modul tipli xəstəxana fəaliyyət göstərir? 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, modul xəstəxanalar səhiyyə sisteminin müasir modelə əsaslandığının göstəricisidir: 

“Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən COVID-19 pandemiyası dövründə qısa müddətdə inşa edilən modul tipli xəstəxanalar hazırda ölkənin müxtəlif bölgələrində müasir tibbi xidmətlərin göstərilməsində mühüm rol oynayır. Pandemiya dövründə, 2020-ci ildə inşa edilən və istifadəyə verilən 17 modul tipli xəstəxana kompleksi ilkin mərhələdə yoluxucu xəstəliklərin müalicəsi məqsədilə qurulmuşdu. 

TƏBİB tərəfindən modul tipli xəstəxanaların davamlı fəaliyyəti, maddi-texniki bazasının gücləndirilməsi, tibbi personalın peşəkarlıq səviyyəsinin artırılması və regionlarda xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Modul tipli xəstəxanalar təkcə pandemiya dövründə deyil, həm də sonrakı mərhələdə ölkəmizin səhiyyə sisteminin çevik, dayanıqlı və müasir modelə əsaslandığını göstərən nümunədir”. 

Qeyd edilib ki, modul tipli xəstəxanalar qısa müddətdə qurulan, 200 çarpayılıq, ambulatorya və stasionar xidmətlər göstərən tibb kompleksləridir: 

“Pandemiya sonrası dövrdə bu tibb müəssisələri TƏBİB-in tabeliyində fəaliyyətini davam etdirərək, regionlarda tibbi xidmətlərin əlçatanlığını artırmaq, infrastruktur imkanlarını genişləndirmək və əhalinin sağlamlığının qorunmasına xidmət etmək istiqamətində yenidən təşkil olunur. Hazırda modul tipli xəstəxanalar Bakı, Sumqayıt, Abşeron, Qobustan, Şuşa, Şəki, Ağdam, Qəbələ, Laçın və Zəngilanda fəaliyyət göstərir. 

Hər bir modul kompleks orta hesabla 200 çarpayılıq tutuma malikdir və zəruri avadanlıq, laboratoriya, oksigen sistemi, reanimasiya və ambulator-poliklinik bölmələrlə təmin olunub. Bu xəstəxanaların bir hissəsi mövcud tibb müəssisələrinin tərkibinə daxil edilərək, profilinə uyğun ixtisaslaşdırılmış xidmətlərin göstərilməsi üçün fəaliyyət göstərir. 

Hazırda modul tipli xəstəxanaların əksəriyyəti ambulator-poliklinik və stasionar tibbi xidmətlərin göstərilməsində, bəzi hallarda isə yoluxucu xəstəliklər, vərəm və reabilitasiya xidmətləri üçün istifadə olunur”. 

Gülər 
“Cebheinfo.az”

Açar sözlər: modul xəstəxana TƏBİB

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri