Icma.az
close
up
RU
Pandemiyanın gizli irsi: dəyişən psixika və yeni insan modeli

Pandemiyanın gizli irsi: dəyişən psixika və yeni insan modeli

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Pandemiya dövrü təkcə qlobal sağlamlıq böhranı deyil, həm də insan psixikasını, idrak proseslərini və sosial davranış modellərini müşahidə etmək üçün unikal bir şərait yaratdı”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Psixoloqun sözlərinə görə, bu “münbit mühit” hər kəsin öz təfəkkür səviyyəsinə, şəxsiyyət xüsusiyyətlərinə və psixoloji dayanıqlığına uyğun olaraq fərqli şəkildə dəyərləndirildi:

“Pandemiyadan sonrakı dövrdə insanların psixologiyasında, həm emosional, həm də fizioloji durumunda baş verən dəyişikliklər, qoxu və dad itməsi, yaddaş zəifliyi, davranış pozuntuları və adaptasiya çətinlikləri , çox vaxt həmin dövrün nəticəsi kimi qiymətləndirilir. Evə məhdudlaşdırılmış həyat tərzi insanların bir-birini daha yaxından tanımasına, ailədaxili münasibətlərdə gizli gərginliklərin üzə çıxmasına, eyni zamanda bəzi konfliktlərin həllinə şərait yaratdı. Sosial mühitdə meydana gələn dəyişikliklər fərdlərin olaylara yanaşmasına da təsir etdi.

Pandemiya insanların həyat fəlsəfəsinə də mühüm təsir göstərdi. Ölüm halları, yaxınların itirilməsi, sosial təcrid və qeyri-müəyyənlik hissi bir çox insan üçün motivasiya mənbəyinə çevrildi və “həyata daha sağlam bağlanma” modelini formalaşdırdı. Bu hadisələr şəxsiyyətin situasiyadan asılı olaraq necə dəyişə biləcəyini bir daha göstərdi.

Mövcud dövrdə psixoloji stabilliyi qorumağın əsas yolu fərdin öz psixi durumunu tanımasıdır. İnsan nəyin zərər verdiyini bilirsə, ondan uzaq durmaq və ya ona limitlər qoymaq bacarığı formalaşmalıdır. Məsələn, sosial şəbəkələrdən psixoloji olaraq yorulan şəxslər bu platformalardan istifadəyə müəyyən vaxt çərçivəsi tətbiq etməlidirlər. Maraqları düzgün formalaşdırmaq, məqsədləri müəyyənləşdirmək və nizam-intizamlı həyat tərzi qurmaq psixoloji rifahın vacib komponentləridir.

Pandemiya dövrü bizə göstərdi ki, insan psixikası zərif, lakin eyni zamanda yüksək adaptasiya potensialına malikdir. Ağıllı insan öz vaxtını və davranışını idarə etməyi bacarır; özünü tanımayan və məqsədsiz fəaliyyət göstərən şəxs isə psixoloji inkişafını ləngidə bilər. Buna görə də, hər kəsin öz gündəlik həyat ritmini şüurlu şəkildə formalaşdırması və psixoloji sağlamlığını qorumaq üçün fərdi məsuliyyət daşıması vacibdir”.

Günay Hacıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Dekabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri