Papa Ermənistan Azərbaycan sülh sazişinin əldə olunması üçün dua etdiyini bildirib
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Müqəddəs Pyotr Bazilikasının lojikasında çıxış edən Roma Papası I Fransisk ənənəvi “Urbi et Orbi (“şəhərə və dünyaya”) Pasxa müraciətini səsləndirib.
Yeniavaz.com xarici KİV-lərə istinadən xəbər verir ki, Roma Papası I Fransisk Pasxa müraciətində Cənubi Qafqaza çağırış edib.
Papa Fransisk çıxışında dünyanın bir sıra münaqişə ocaqlarını xatırladaraq Cənubi Qafqazda uzun müddətdir davam edən gərginliyə də toxunub. O, bölgədə təcili sülhə ehtiyac olduğunu vurğulayıb və xüsusilə də Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin əldə olunması üçün dua etdiyini bildirib.
Müqəddəs Taxt-Tac rəhbəri həmçinin çıxışında Qəzza zolağındakı vəziyyəti, Suriya və Livandakı xristian icmalarının durumunu, Ukraynada davam edən müharibəni və Afrikanın müxtəlif bölgələrindəki silahlı münaqişələri də yad edib.

Papa Azərbaycan və Ermənistan üçün dua etdi
20 Aprel 2025 16:00
Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişikliyi gözləyir Nazir
26 Avqust 2025 16:07
Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasının tarixini razılaşdırmaq üçün məsləhətləşmələr aparır
28 May 2025 10:20
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün şərtlər yerinə yetiriləndir
02 Aprel 2025 12:58
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət etmək üçün komissiya yaradacaqlar
11 Avqust 2025 17:27

