Icma.az
close
up
RU
Papa Fransisk Türkiyəyə gəlmək istədiyini bildirib

Papa Fransisk Türkiyəyə gəlmək istədiyini bildirib

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk, xristianlıq tarixində mühüm yeri olan Birinci Nikeya Şurasının 1700-cü ildönümünü qeyd etmək üçün gələn il Türkiyəyə getməyi düşündüyünü bildirib.

Bizimyol.info "hurriyet" istinadən xəbər verir ki, Beynəlxalq İlahiyyat Komissiyasının Vatikanda keçirilən iclasında çıxış edən Papa, iyun ayında ilk dəfə dilə gətirdiyi İznik Birinci Şurasının ildönümü üçün Türkiyəyə getmək arzusunu bir daha dilə gətirib.

Papa Fransisk buradakı çıxışında gələn il "Yubiley ili"ni qeyd edəcəklərini bildirərək: "Bu müqəddəs il ərzində ilk böyük ekumenik şura olan Nikea Şurasının 1700 illik yubileyini qeyd etmək imkanımız da olacaq. Oraya, Türkiyəyə getməyi düşünürəm", - deyib.

Katoliklərin ruhani lideri: "Bu Şura Kilsənin və bütün bəşəriyyətin gedişində dönüş nöqtəsidir", - deyə qeyd edib.

Papa ilk dəfə 28 iyunda Müqəddəs Pyotr və Pavel dini bayramı münasibəti ilə Fənər Rum Patriarxlığının nümayəndə heyətini qəbul edərkən İznikə getmək istəyini dilə gətirib.

Oktyabrın 28-də Türkiyənin Vatikan səfirliyi tərəfindən Respublika Günü münasibəti ilə keçirilən ziyafətdə Vatikanın Dövlət Əlaqələri katibi Monsenyor Paul Riçard Gallagher çıxışında xristianlıq tarixindəki bəzi müqəddəs yerlərin və hadisələrin Türkiyədə olduğunu bildirərək: "Bu, ilk 8 şuranın yerləşdiyi yer idi. Bu kontekstdə biz gələn il yubiley tədbirləri zamanı baş tutacaq çox mühüm tədbir hazırlayırıq. Gələn il 325-ci ildə qədim Nicea şəhərində, indiki İznik şəhərində keçirilən ilk məclisin 1700 illiyi tamam olur", - deyə bildirib.

"Birinci Nikeya Şurası 325-ci ildə Roma imperatoru I Konstantinin çağırışı ilə xristian kilsəsinə bağlı bütün yepiskopların iştirakı ilə keçirilib. Xristianlıq tarixi üçün vacib sayılan şurada mühüm dini məsələlər müzakirə edilib qərara alınıb" - deyə o, sözlərinə əlavə edib.

Papa Fransisk bundan əvvəl 2014-cü ildə Türkiyəyə səfər edib. Roma Papası Fransiskdən başqa, 2006-cı ildə Roma Papası XVI Benedikt, 1979-cu ildə Papa II İohann Pavel, 1967-ci ildə isə Papa VI Pavel Türkiyəyə səfər edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri