Icma.az
close
up
RU
Papa Fransiskin vəsiyyəti açıqlandı

Papa Fransiskin vəsiyyəti açıqlandı

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Vatikan Roma Papası Fransiskin mənəvi vəsiyyətini ictimaiyyətə təqdim edib.

Sənəddə pontifik qeyd edir ki, o, özünü hər zaman Müqəddəs Məryəmə həvalə edib və həyatının son illərində üzləşdiyi əzabları “dünyada sülh naminə” Tanrıya qurban verib.

"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, vəsiyyət mətni "Vatican News" saytında dərc olunub.

“Yer üzündəki ömrümün sonuna yaxınlaşdığımı hiss edərək və əbədi həyata olan canlı ümidlə, yalnız dəfn olunacağım yerə dair son istəyimi bildirmək istəyirəm”, – sənəddə belə yazılır.

Papa Fransisk həyatını və pontifik xidmətini hər zaman Müqəddəs Məryəmə həvalə etdiyini vurğulayıb:

“Bu səbəbdən xahiş edirəm ki, mənim qalıqlarım qiyamət gününü gözləyərək Müqəddəs Məryəm Papalık Bazilikasında dəfn edilsin”.

Pontifik əlavə edib ki, onun “bu dünyadakı son yolçuluğu” məhz həmin qədim Məryəm ziyarətgahında başa çatsın. Çünki o, hər beynəlxalq səfərinin əvvəlində və sonunda həmin bazilikada dua etmək üçün oraya baş çəkirdi.

“Mənim üçün həmin Papalık Bazilikasında – Pavelin ibadətgahı ilə Sforza ibadətgahı arasında yerləşən yan nef hissəsində, yerin altında sadə, bəzəksiz və üzərində yalnız “Franciscus” yazılmış bir qəbir hazırlanmasını rica edirəm”, – deyə sənəddə qeyd olunur.

Bundan əlavə, Fransisk bildirib ki, dəfn hazırlıqları ilə bağlı bütün xərclər onun Santa-Maria-Madjor Bazilikasına ianə etdiyi vəsait hesabına qarşılanmalıdır.

“Qoy Rəbb mənə dua etməkdən usanmayan və məni sevən hər kəsə mükafatını versin. Həyatımın son dövründə çəkdiyim əzabları dünyada sülh və xalqlar arasında qardaşlıq naminə Tanrıya hədiyyə edirəm”, – deyə vəsiyyətdə vurğulanır.

Qeyd olunub ki, Papa Fransisk bu vəsiyyəti 29 iyun 2022-ci il tarixində yazıb.

Papa Fransisk Pasxa bazar ertəsi səhər saat 7:35-də, 88 yaşında vəfat edib.

O, 2013-cü ildən Roma Papası idi.

Son illər ərzində, xüsusilə bu ilin fevral ayından başlayaraq tez-tez xəstələnirdi. İki tərəfli pnevmoniya keçirdiyi üçün səhhəti ciddi şəkildə pisləşmişdi.

Buna baxmayaraq, Pasxa bayramında Papa Fransisk son dəfə ictimaiyyət qarşısına çıxmış, bayram çıxışı zamanı Ukraynanı da yad edib. (Musavat.com)

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Aprel 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see261

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see260

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see239

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see230

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see228

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see222

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see218

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see216

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see204

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see196

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see190

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see185

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see182

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see180

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see174

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see170

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see169

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri