Papa Leo ilə Fələstin Prezidenti arasında telefon danışığı olub
Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas arasında telefon danışığı olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Roma Papası söhbət zamanı Qəzza zolağındakı münaqişə və İordan çayının qərb sahilindəki zorakılıq fonunda mülki insanların və müqəddəs yerlərin qorunmasının vacibliyini qeyd edib, beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırıb.
“Roma Papası ayrı-seçkilik olmadan güc tətbiqinin və əhalinin zorla köçürülməsinin qadağan olunmasını vurğulayaraq, beynəlxalq humanitar hüquqa tam hörmət edilməsi üçün müraciətini yeniləyib. Eyni zamanda, dramatik humanitar vəziyyəti nəzərə alaraq, münaqişənin nəticələrinə ən çox məruz qalanlara yardımın göstərilməsinin və humanitar yardımın ölkəyə daxil olmasına icazə verilməsinin vacibliyini vurğulayıb”, - deyə məlumatda qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 21 İyul 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















