Papa Leo İraqdakı yanğında həlak olanlara görə başsağlığı verib
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo İraqda ticarət mərkəzində baş verən yanğın nəticəsində həlak olanlara görə başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin tərəfindən imzalanan teleqramda Roma Papası yanğında zərər çəkənlərlə mənəvi həmrəyliyini ifadə edib və faciədə həlak olanlar üçün dua etdiyini bildirib.
Papa Leo faciə qurbanlarına mənəvi həmrəyliyini ifadə edərək xüsusilə yaralananlara və yaxınlarını itirən ailələrə yaxınlığını ifadə edib.
Xatırladaq ki, ötən gün İraqın şərqindəki Vasit vilayətində yerləşən Kut şəhərindəki yeni açılmış ticarət mərkəzində baş verən yanğında azı 69 nəfər həlak olub. Daha 11 nəfər itkin düşmüş hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 20 İyul 2025 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















