Papa XIV Leonun andiçmə mərasimində 200 dən çox nümayəndə heyəti iştirak edəcək
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Vatikan, 17 may, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun mayın 18-də keçiriləcək andiçmə mərasimində 200-dən çox xarici nümayəndə heyətinin iştirakı gözlənilir.
AZƏRTAC xəbər verir ki, mərasimə müxtəlif ölkələrin dövlət və hökumət başçıları qatılacaq. Ukrayna Prezidenti Volodimir Zelenski mərasimdə işirak etmək üçün sabah Romaya gələcək. ABŞ-ın vitse-prezidenti Cey Di Vens də əsas qonaqlar sırasındadır.
Müqəddəs Pyotr Kilsəsində baş tutacaq mərasimlə Vatikanda Papa XIV Leonun pontifikatı başlayacaq.
Mərasimi izləmək üçün Müqəddəs Pyotr meydanında və ətrafında təxminən 200 min nəfər toplaşacaq.
İtaliya təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejiminə keçib, meydana giriş-çıxışlarda mərhələli yoxlamalar aparılacaq. Mərasimi işıqlandırmaq üçün 500-dən çox media nümayəndəsi fəaliyyət göstərəcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 17 May 2025 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















