Papuaşvili ATƏT PA nı Gürcüstana qarşı ədalətsizlikdə ittiham edib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
"Gürcüstana qarşı qəsdən törədilən ədalətsizlik mövcud beynəlxalq əməkdaşlıq və təhlükəsizlik sisteminin kökündən yenidənqurma tələb etdiyini açıq şəkildə göstərir".
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Facebook" səhifəsində ATƏT PA-da bu gün ölkə ilə bağlı qəbul edilmiş tənqidi qətnaməyə şərhində yazıb.
Onun sözlərinə görə, beynəlxalq nizamın al-üst olunması faktını yeni qaynar müharibələrdən daha çox beynəlxalq təşkilatların siyasi müharibələr arenasına çevrilməsi təsdiqləyir.
"İkinci Dünya müharibəsindən sonra yaradılan və sülh, harmoniya və əməkdaşlığın təşviqatçıları olmalı olan təşkilatlar şəbəkəsi bu gün ayrı-ayrı siyasi qrupların əlində münaqişələri qızışdırmaq və siyasi qisas almaq üçün bir arenaya çevrilib. ”, - spiker yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 08 İyul 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















