Papuaşvili: Avropalılara inansaydıq, Gürcüstan Ukrayna kimi xarabalığa çevrilərdi
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
“Avropalılara inansaydıq, Gürcüstan indiki Ukrayna kimi xaraba qoyulmuş ölkəyə çevrilərdi”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Fransa Prezidenti Emmanuel Makronun Avropanın Rusiya ilə dialoq aparmalı olduğu ilə bağlı açıqlamasını şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiyanı guya təcrid edən avropalılar indi onunla dialoqun bərpasından danışırlar.
“Dörd il ərzində eşidirdik ki, onlar Rusiyanı təcrid ediblər və ticarət aparmırlar. Daha sonra məlum oldu ki, Rusiya ilə ticarət əlaqələri saxlayırlar. Litva və Estoniya Rusiyaya alkoqollu içkilərin satışından varlanıb. Bu ölkələr Rusiyaya Gürcüstandan daha çox alkoqollu içkilər ixrac edirlər”, - Papuaşvili əlavə edib.
Spiker həmçinin bütün müharibələrin sonda sülhlə başa çatdığını qeyd edib:
“Lakin məsələ ondan ibarətdir ki, müharibədən kim əziyyət çəkəcək. Bu müharibədə qalibin kim olacağını söyləmək hələ mümkün deyil. Lakin artıq indi əminliklə demək olar ki, bu müharibənin iki məğlub tərəfi var: Ukrayna və Avropa İttifaqı”.
Baxış sayı:89
Bu xəbər 19 Dekabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















