Papuaşvili: Orta Dəhliz regionun ümumi gələcəyinin rəmzidir
Icma.az bildirir, Sherg.az portalına istinadən.
“Avropa və Asiya arasında iqtisadi əlaqələri möhkəmləndirən, regional əməkdaşlığı, enerji təhlükəsizliyini, rəqəmsal bağlılığı və dayanıqlı inkişafı təmin edən Orta Dəhliz bizim ümumi gələcəyimizin rəmzidir”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla keçirdiyi birgə brifinqdə deyib.
Onun sözlərinə görə, Gürcüstan Orta Dəhlizin potensialından tam istifadə üçün Türkiyəni çox mühüm tərəfdaş hesab edir.
Spiker qeyd edib ki, türkiyəli həmkarı ilə görüşdə Qafqaz bölgəsində sülh və sabitliyin təşviqi ilə bağlı hər iki ölkənin ümumi baxışları vurğulanıb.
Ş.Papuaşvili Türkiyə ilə parlamentlərarası dialoqun daha da möhkəmləndirilməsinə hazırlığını bir daha təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 17 İyun 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















