Icma.az
close
up
RU
“Paraddan imtina etmək haqqımız var” “Rusiya ilə düşmənçilik bizə əl vermir”

“Paraddan imtina etmək haqqımız var” “Rusiya ilə düşmənçilik bizə əl vermir”

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

"Yeni Sabah"ın müsahibi politoloq Zərdüşt Əlizadədir.

- Prezident İlham Əliyev ölkə başçısı olduğu dövrlərdə Moskvaya 19 dəfə səfər edib. Son 2 səfəri isə müxtəlif səbəblərə görə baş tutmayıb. Birində Bakıdan Qroznıya uçan təyyarənin Aktauda qəzası səfərin baş tutmasına mane olub. İkincidə, ilkin razılıq olsa da, səfərin baş tutmayacağını rəsmi Moskva elan edib.

Bir çoxları son baş tutmayan səfərin səbəblərini təhlil edərkən təhlükəsizlik amilini qabardırlar. Putinin elan etdiyi 3 günlük atəşkəs rejimi bu gün qüvvəyə minib. Lakin son bir neçə gün Ukrayna Rusiya paytaxtı və digər şəhərlərin hava limanlarına ardıcıl PUA zərbələri endirir.

Sizcə, ölkə başçısının Moskvaya səfər etməməsinin əsas səbəbi yalnız budur?

- Əvvəla, Azərbaycan və Rusiyanın köklü dövlət və milli maraqları tələb edir ki, hər iki ölkə arasında münasibətlər mehriban qonşuluq şəraitində davam etsin. Eyni dövlətin tərkibində olmuş və tarixi, mədəni baxımdan bir-birimizə bağlıyıq. Lakin siyasətdə köklü maraqlarla yanaşı, həm də hakim zümrələrin siyasi maraqları deyilən mövhum var. Bu siyasi maraqları təmin etmək naminə hakim zümrələrin arasında müəyyən siyasi oyun gedir. Hətta Qələbə paradının təşkil edilməsi də rus xalqına lazım deyil. Amma hakim zümrəyə lazım idi ki, xalqı bu zahiri dəbdəbə ilə ofsunlasın.

Digər dövlətlərin 9 may Qələbə paradına dəvət edilməsi də hakim zümrələrin arasında gedən siyasi oyunların nəticəsidir. Obyektiv olaraq, Azərbaycan Moskvada təşkil olunan Qələbə paradında iştirak edə bilərdi. Azərbaycan xalqı anti-Hitler koalisiyasının üzvü idi. Əhalimizin 600 mini müharibəyə gedib, 300 mini həlak olub. Azərbaycan nefti sovet xalqının qələbəsində həlledici rol oynayıb. Yəni xidmətlərimiz danılmazdır. Bu həm də bizim qələbədir. Paradda iştirak etmək haqqımız da var, ondan imtina etmək də. Görünür, indiki mərhələdə paradda iştirak etməmək variantı daha xeyirli hesab edilir. 

- Politoloq həmkarınız Tofiq Zülfiqarov bildirib ki, Rusiyanın düşməni olmaq təhlükəli, Moskvanın dostu olmaq isə ölümcül təhükəlidir. Başqa seçim variantı varmı?

- İmperialist dövlətlər həmişə kiçik ölkələrdən öz maraqları üçün istifadə edib. Bu məşhur ifadə əslində, ABŞ üçün səsləndirilib. Amma Rusiyaya da şamil edilə bilər. İmperial məqsədləri olan ölkələrlə dost olmağa çalışmaq olduqca təhlükəlidir. Gözümüzün önündə Rusiya erməni xalqını aldadıb öz siyasi oyunlarına çəkdi. Nəticədə ermənilər böyük itkilər verdi. Azərbaycan da bu oyunlara, zorla da olsa, cəlb edilmişdik.

- 90-cı illərdə balanslı siyasət yürütmüşük. İndi isə bir çoxu düşünür ki, siyasi olaraq, tərəf tutmaq lazımdır. Sizin bu fikrə münasibətiniz necədir? Azərbaycan hansı tərəfdə olmalıdır?

- Azərbaycan kiçik dövlətdir. Çalışmalıyıq ki, dünyanı idarə edən böyük güclərin ayağı altında qalmayaq. Bizə dəxli olmayan, hansısa güclü münaqişədə, rəqabətdə iştirak etməyək. İmkan verməməliyik ki, Azərbaycan böyük dövlətlərin cıdır meydanına çevrilsin.

Beynəlxalq hüququn kiçik dövlətlər üçün əhəmiyyətini dərk edərək, digər xalqların və dövlətlərin təsbit olunmuş hüquqlarını tanıyırıq. Demirik ki, ortaya atılıb onları müdafiə edirik, heç olmasa mövqe ortaya qoyuruq.

Rusiya çox böyük və eyni zamanda, ədalətsiz, zalım bir dövlətdir. Amma şimal qonşumuzdur və onunla dil tapmağa məcburuq. Başqa variant ola bilməz. Biz heç vaxt Rusiya ilə düşmənçilik etməyəcəyik. Bu, bizə əl vermir və çox böyük ziyan gətirə bilər. Rusiya ilə münasibətlər Azərbaycan xarici siyasətinin əsas meyarlarından biridir. Eləcə də dünyanın digər böyük dövlətləri ilə də yaxşı münasibətləri davam etdirməliyik. 

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 May 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri