Icma.az
close
up
RU
“Paralel dərd”in söz ağrısı

“Paralel dərd”in söz ağrısı

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Şair, publisist, ədəbiyyatşünas alim, filologiya elmləri namizədi, dos. Elşad Səfərli ötən əsrin 80-ci illərindən ədəbiyyatdadır və öz oxucu auditoriyası olan yazarlardandır.Yaradıcılığında şeirə daha çox üstünlük verən Elşad Səfərlinin yenicə çapdan çıxmış,  sayca 23-cü olan “Paralel dərd” kitabında  şairin son illərdə qələmə aldığı şeir və poemaları toplanıb. 

Elşad Səfərlinin yeni kitabında diqqətimi ilk çəkən müəllifin seçdiyi ad oldu. Əslində  çox vaxt kitabın adı şairin məqam və məqsədinin açıqlaması olur. İlk qənaətim bu oldu ki, Elşad Səfərli bu yeni kitabında onu üzən, narahat edən, həmçinin ayaqda saxlayan dərdlərini oxucuları ilə bölüşməyi qarşısına məqsəd qoyaraq  onlarla paralel dərd ortağı kimi söhbətləşmək, içini tökmək, onu ağrıdan qəm yükündən sanki qurtulmaq istəyib.  Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli kitaba yazdığı  Ön sözdə şair Elşad Səfərlinin oxuculara bu yeni töhfəsini “Paralel dərd”in kitabı” adlandırması da bu qənaətimdə yanılmadığımın göstərir: 

Ardımca gələn var, nə xoş günümə, 

Qalxmaq istəyirlər mən bərabəri- 

          Deyən Elşad Səfərlinin  bu yeni kitabını Vaqif Yusifli müəllifin yaradıcılığında mühüm mərhələ,  kamilliyə aparan yol kimi dəyərləndirir: “Paralel dərd” yeni şeirlər və poemalar kitabı ilə Elşadın ilk kitabları arasında müqayisə aparsaq, Elşad Səfərlinin dəyişməz(amma yeniləşən)şair xarakteri ilə qarşılaşırıq. Bu təkcə dərdlərin paralellliyi yox, ikiyə parçalanmış vətənin o taylı, bu taylı həsrət paraleli, bənzər nisgil paralellliyidir. Hansı ki, ikiyə bölünmüş vətən problemi E. Səfərli poeziyasının fəlsəfi materiyasının əsasında başlanğıc amili kimi durur və bu kitabın adında çoxsayı analoji mövzuları özündə ehtiva edir”. 

İki dəmir paraleldən

O tərəfdə para eldir

O tərəfin dərdləriylə

Bu tərəflər paraleldir.

          Düzü müəllifdən kitabın adı ilə bağlı heç nə soruşmamışam. Mənə elə gəlir ki, müəllifun yozumuna köklənmək mövzuya fərqli baxış bucaqlarından münasibət bildirməyə mane ola bilər. Bu qənaətimi Elşad Səfərlinin misraları da təsdiqləyir:

Sevirəm yarımçıq şeirləri mən, 

Bəzən bitirmirəm heç sonluğunu.

Üç nöqtə qoyuram...deyirəm fikrin

Oxucu düşünsün nə olduğunu...

Şair düşünmək üçün oxucuya ipucu da verir:

Beş-on sətrim varsa, sənsən yazdıran, 

Mənim vücudumun söz təbisən sən.

Gülüm, açıq deyim sözümü sənə:

Kitabın yazılma səbəbi sənsən...

“Paralel dərd”i vərəqləyəndə öz daxili məni ilə üzbəüz qalan şairin paralel dünyaları qarşılaşdırdığını, iç dünyasının görünməyən tərəflərini oxucusu ilə mərhamənə bölüşdürdüyünün şahidi oluruq:

Hicran oxlarını hirsi tutanda

Ürəyimə tuşlar kirpiklərindən.

Gözünün sapından birdən qırılsa, 

Baxışım yapışar hörüklərindən.

Elşad Səfərlinin özünəxas deyimləri şeirlərini fərqləndirən əsas xüsusiyyətdir. Onun daimi oxucuları şeirlərini sözündən tanıyırlar: 

Balımın bal dadı, əlimin duzu, 

Demə dadsız imiş dönük ağzında.

Dünya nankorları küçüklədikcə 

Əlim “itirirmiş” demə, duzun da...

Elşad Səfərli üçün şeir əsrarəngiz  bir dünyadır. Elə bir dünya ki, işğı içini, çölü özgəsini yandırır:

Yananda işığı üstünə düşməz, 

Sanki yanan şamı andırar şair.

Belədə şam kimi təkcə özün yox, 

Elə kölgəsin də yandırar şair.

Mövzu dairəsinə gəlincə, şair onu narahat edən hər şeydən  yazıb. Fərq müəllifin köhnə mövzulara özəl don biçimindədir:

Mən yolu kəsə gedirəm

Deyə vaxt da kəsə keçir.

Ayrılıqdan misalım var

Həlli neçə əsrə keçir.

Elşad Səfərli hər şeydən əvvəl lirik şairdir. Onun sevgi şeirləri lirik,həzin  nota köklənib. Uğursuz sevdanın ürəkdə yaratdığı bu nisgil elə yanğılıdır ki, təkcə gözləri yox,  misraları da yaşladır:

Sən xoşbəxt deyilsən tək olduğunçün, 

Qəlbim göynər sənin bircə gününçün.

Mən xoşbəxt deyiləm-bəlkə bununçün

Sən xoşbəxt deyilsən...

O şeirlər ki, səmimi bir sevginin tərcümanıdır,  həmişə qəlbə yol tapır. Zamanından, müəllifindən asılı olmayaraq sevilir, oxunur, ürəyinə köçür:

Tikan kölgəsində bitmişdin sanki

Üstünə görmədim gün düşə, sevgim, 

Macalın olmadı heç qızınmağa, 

Nədən vaxtsız soldun, bənövşə sevgim?!

Yeni kitabında Elşad Səfərlinin iki lirik poeması da yer alıb. “Qəmli sentyabr” poeması şairin dünyadan vaxtsız köçmüş anasına ithafıdır, “Dərdli yazılan epopeya” poeması isə  tanınmış rus şairi Sergey Yeseninə həsr olunub. Anasına həsr etdiyi poemada Elşad heç vaxt köz tutmayacaq ana itkisinin, yarasının qəlb ağrılarını oxucuları ilə bölüşməklə sanki yüngülləşmək, bu ağrıdan bir anlıq da olsa qurtulmaq istəyir, bunu bacaracağına inanmasa da:

Gəldi əcəl karvanı, 

Anam qoşuldu getdi.

Bu karvana anamla, 

Canım qoşuldu getdi,

                                        Ömrüm qoşuldu getdi, 

                                        Günüm qoşuldu getdi...

Bu gəlimli-gedimli dünyada kim qalacaq ki?Hamı gedəridir, amma gedənlərin sevgisi qalanları son anlarınacan için-için yandıracaq. Fani dünyanın əzəli-əbədi qanunu budur:

Heç kim əbədi deyil, 

Hamı gəldi gedərdi

Bu dünyanın yolu da

Bir ömürlük qədərdi...

“Dərdli yazılan epopeya” poeması  müəllifin ən maraqlı əsərlərindən sayıla bilər. Bu poema həm də Elşad Səfərlinin dünya və rus ədəbiyyatına yaxından bələdliliyini göstərir. “Hərdən Yesenintək yazmağım gəlir” misrasını şairin poema boyunca səsləndirməsi təsadüfi deyil.Bu misrası ilə Elşad Səfərli özü ilə Yesenin arasında bir paralelllik axtarır, bunu aramağa çalışır:

                   Hərdən Yesenintək yazmağım gəlir,

                   Haçan ki, incidir amansız həyat.

                   Haçan ki, üzümə qırışlar salır,

                   Bu yetim, atasız, anasız həyat.

                    Bəlkə dərdin elə doğmalığından

                  Mənim Yesenintək yazmağım gəlir.

          Elşad Səfərlinin yeni kitabında ədəbiyyatımızda az işlənmiş janr olan üçlükləri və xokkuları da yer alıb. Forma etibarı ilə bir-birinə yaxın olan bu şeir formalarında qələmini sınamaqla şair az sözlə çox fikir demək arzusunu reallaşdırmaq istəyir. Üçlüklərə nəzər salaq:

Hamı gedən bir yol var-ölüm yolu, 

Tanrım, bir az tələsmə,

 Axıracan gəlim yolu.

Eşidəndə ki, bir də

Öləndə adama qiymət verirlər,

Adamın ölməyi gəlir...

Xokkularında da Elşad Səfərli özünəxas yazı üslubunu-az sözlə çox fikir bildirmək xüsusiyyətinə sadiq qalıb:

Sevgi  hər şeyi əvəz edir

Sevgiyəsə əvəz yoxdur..

Qocanın üzü

Suyun yeldən qırışan

Səthi kimiydi...

          “Paralel dərd” kitabının son bölümündə şair Elşad Səfərlinin uşaqlara həsr etdiyi şeirləri toplanıb. Şair etiraf edir ki, uşaqlardan yazanda özü də uşaqlaşır, min rəngli, çalarlı qayğısız uşaq dünyasını yenidən yaşayır:

Şanapipik-

Başında daraq

Dimdiyi də dik

Ağacların qurdunu öldürür

Dimdik-dimdik.

          Qeyd edək ki, kitabın redaktoru və öz sözün müəllifi filologiya elmləri doktoru Vaqif Yusifli, rəyçisi, filologiya elmləri doktoru, prof. Kamran Kazımovdur. 

Esmira İSMAYILOVA,

filologiya üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri