Paraqvay prezidenti yığmanın uğurindan sonra milli bayram elan edib
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Paraqvay millisi Ekvadorla heç-heçə edərək (0:0) DÇ-2026-ya vəsiqəni təmin edib.
İdman.biz xəbər verir ki, bu nəticə komandaya 2010-cu ildən sonra ilk dəfə olaraq planetin əsas futbol turnirinə qayıtmağa imkan verib.
Tarixi nailiyyətin şərəfinə ölkə prezidenti Santyaqo Penya sentyabrın 5-ni rəsmi istirahət günü elan edib. "Son 16 ildir ki, Dünya Kubokunda himnimizi səsləndirmirik. Bu gün "Albiroja" geri qayıdır. Bu, bütün paraqvaylıların arzusunun həyata keçməsidir və buna görə də hamımızın birlikdə qeyd edə bilməyimiz üçün istirahət günü elan edilib!", - dövlət başçısı X sosial şəbəkəsində yazıb.
2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
İdman.biz
Baxış sayı:73
Bu xəbər 05 Sentyabr 2025 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















