Icma.az
close
up
RU
Paris Böyük Məscidinin rəhbəri: Artıq insanlığın son həddindəyik

Paris Böyük Məscidinin rəhbəri: Artıq insanlığın son həddindəyik

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paris, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da səhər Paris və ətraf ərazilərdəki məscidlərin qarşısında doqquza yaxın donuz başı aşkarlanıb. Hadisə Fransada islamofob nifrətin və təxribatların təhlükəli mərhələyə keçdiyini göstərir.

AZƏRTAC xəbər verir ki, Paris Böyük Məscidinin rəhbəri Şəmsəddin Hafiz bu hadisəyə kəskin reaksiya verib.

O bildirib ki, islamofob nifrət yalnız müsəlmanların problemi kimi deyil, ümummilli məsələ kimi qəbul olunur. Şəmsəddin Hafiz hadisə yerində aşkar olunan donuz başlarının üzərində mavi rənglə “Makron” sözünün yazıldığını deyib.

Paris Böyük Məscidinin rəhbəri qeyd edib ki, böyük dini mərkəzlərin və məscidlərin daha ciddi şəkildə qorunmasına ehtiyac var: “Artıq yalnız dəstək bəyanatları ilə kifayətlənmək olmaz. Məscidlərin və dini məkanların qorunması üçün konkret addımlar atılmalıdır”.

Şəmsəddin Hafiz xatırladıb ki, bu, ilk təxribat deyil. “Bu yerlər insanlığın, birlikdə yaşamağın simvoludur. İnanclı və inanclı olmayan insanlar birgə bu cəmiyyəti təşkil edir. Bu hücumlar hamımıza qarşıdır”, - deyə o qeyd edib.

“Bu cinayət kimə sərf edir? Niyə bu gün müsəlmanlar hədəf alınır? Mən siyasi şərh vermirəm, amma bütün müsəlmanlara səbirli və ayıq olmalarını, təxribatlara cavab verməmələrini tövsiyə edirəm”, - deyə Ş.Hafiz müsəlmanları təxribata uymamağa çağırıb.

Hökumətin istefası və ölkədəki geniş etirazlar ərəfəsində baş verən bu hadisənin məqsədyönlü olduğuna eyham vuran Ş.Hafiz sözlərini belə tamamlayıb: “Fransada vəziyyət onsuz da gərgindir. Bu cür təxribatların məhz belə bir vaxtda baş verməsi, bizi insanlıq baxımından aşağı səviyyənin son nöqtəsinə gətirib çıxarır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Sentyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri