Paris Hörmüz boğazının normal fəaliyyəti... Makron
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Fransa Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin qorunmasına töhfə verməyə hazırdır.
Bakupost.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığından sonra bildirib.
Makron X-də yazıb: "İranın Hörmüz boğazında naviqasiya azadlığını və təhlükəsizliyini mümkün qədər tez bərpa etməsi vacibdir və Fransa bunu asanlaşdırmağa hazırdır".
İran prezidenti ilə söhbətində o, Livan da daxil olmaqla, atəşkəsə hörmət etməyin vacibliyini vurğulayıb. Makron vurğulayıb ki, Fransa yeganə qanuni orqan olan Livan hakimiyyətinin hərəkətlərini tam dəstəkləyir. O, İranın İslamabadda başlayan danışıqların yaratdığı fürsətdən istifadə edərək davamlı deeskalasiya və bütün ölkələrin iştirakı ilə regionda etibarlı təhlükəsizlik zəmanətləri təmin edən mənalı bir razılaşmaya yol açmalı fikrini ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 11 Aprel 2026 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















