Icma.az
close
up
RU
Paris Qastronomiya şəhərciyi: Azərbaycan mətbəxi layiqincə təmsil olunub

Paris Qastronomiya şəhərciyi: Azərbaycan mətbəxi layiqincə təmsil olunub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Paris, 15 sentyabr, AZƏRTAC

Parisdə Eyfel qülləsinin yaxınlığında Beynəlxalq Qastronomiya şəhərciyi başa çatıb. Qastronomiya şəhərciyi çərçivəsində Azərbaycan mətbəxinin ləziz təamlarını nümayiş etdirən pavilyonumuz ziyarətçilərin rəğbətini qazanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyi və “Azərbaycan Dostları” Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşmış pavilyonu səfir Leyla Abdullayeva, onun müxtəlif ölkələrdən olan səfir həmkarları, Parisdəki diplomatlarımız və festival iştirakçıları ziyarət ediblər.

Paris Beynəlxalq Qastronomiya şəhərciyində ölkəmizin milli adət-ənənələrinə uyğun bəzədilmiş pavilyonunda milli geyimlə müşayiət olunan mühit yaradılaraq, milli mətbəx nümunələrimiz təqdim olunub. Pavilyonda milli mətbəximizin inciləri - ənənəvi yeməklərlə, şərablarla yanaşı, milli musiqi və rəqs nümunələri də nümayiş olunub.

Pavilyonumuzun ziyarətçiləri Azərbaycanın qastronomik turizm istiqaməti olan füsunkar Qəbələ bölgəsinin mətbəx irsi ilə tanış olublar. Ziyarətçilər bölgənin dağ ətrini və zəngin dadlarını əks etdirən yeməkləri - şah plov, dolma, qaralı plov, müxtəlif turşular, eləcə də milli şirniyyatlarımız - şəkərbura, paxlava, badambura, müxtəlif mürəbbələr, milli çayımızı dadaraq heyranlıqlarını bildiriblər. Həmçinin yerli şərablar, müxtəlif milli məhsullar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Ziyarətçilər “Happy Day Cake” şirniyyat evinin hazırladığı paxlava və şəkərburaya heyranlıqlarını bildiriblər. Bununla yanaşı, iştirakçılar Azərbaycan xalqının qədim şirniyyat mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

"Beynəlxalq Qastronomiya şəhərciyi" bütün ölkələr arasında mədəni, iqtisadi və turizm sahələrində mübadilə üçün geniş imkanlar yaradır. Hər bir ölkənin öz milli mətbəx nümunələrini - xörəkləri, şirniyyatları, ədviyyat və müxtəlif təamlarını hazırlayıb təqdim etmək, zəngin mədəni irsini layiqincə təbliğ etmək imkanı olur.

Tədbirdə xörəklərin və içkilərin dequstasiyası və satışı ilə yanaşı, süfrə mədəniyyəti, milli sənətkarlıq nümunələri, geyim və bəzək əşyaları nümayiş olunur və musiqilər səsləndirilir.

Qastronomiya şəhərciyi çərçivəsində müxtəlif ölkələrdən gələn məşhur aşpazlar ustad dərsləri təşkil ediblər.

Qeyd edək ki, Paris Beynəlxalq Qastronomiya Günləri 2016-cı ildən etibarən keçirilir. Bu il festival çərçivəsində 60-dan çox ölkəni təmsil edən pavilyonlar, habelə 120-ə yaxın ölkədən nümayəndələr bir araya gəlib. Tədbiri 40 mindən çox insanın ziyarət edəcəyi gözlənilir.

Təşkilatçıların sözlərinə görə, xüsusən də bir dəfə milli xörəkləri dadmış qonaqların bu qastronomik təəssüratı təkrarlamaq üçün yenidən qayıtmaları uğurun sübutu olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Sentyabr 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see379

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see264

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see227

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see209

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see203

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see178

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see168

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see166

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see164

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see160

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see159

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see154

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see153

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see153

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see153

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see152

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see151

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri