Icma.az
close
up
RU
Paris yaxınlığında yaşayış binasının uçması nəticəsində 4 nəfər xəsarət alıb

Paris yaxınlığında yaşayış binasının uçması nəticəsində 4 nəfər xəsarət alıb

Parisin Bulon-Biyankur ətrafında yaşayış binasının təmir işləri zamanı uçması nəticəsində 4 nəfər xəsarət alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Hadisə çərşənbə axşamı səhər saatlarında iki mərtəbəli binanın içərisində bir neçə fəhlə və bir memar olan zaman baş verib. İlkin məlumata görə, onlardan 4-ü yaralanıb, birinin vəziyyəti ağırdır.

Zərərçəkənlərə kömək etmək və dağıntıları tədqiq etmək üçün 44 yanğınsöndürmə və xilasetmə xidmətinin əməkdaşı gəlib.

seeBaxış sayı:72
embedMənbə:https://operativmm.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri