Icma.az
close
up
RU
Parisdə atəşkəsə ümid verən görüş ABŞ, Avropa və Ukrayna rəsmiləri bir araya gəldi

Parisdə atəşkəsə ümid verən görüş ABŞ, Avropa və Ukrayna rəsmiləri bir araya gəldi

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Aprelin 17-də Parisdə Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü keçirilib.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, görüşdə Rusiyanın Ukraynaya qarşı müharibəsinin sona çatdırılmasının yolları müzakirə edilib.

Qeyd olunur ki, görüşdə ABŞ Prezidenti Donald Trampın komandası müharibənin dayandırılması üçün bütün tərəflərlə işləməyə hazır olduğunu elan edib. Bu barədə ABŞ dövlət katibi Marko Rubio və ABŞ-ın Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kellogun açıqlamalarına istinad edilir. Görüşdə həmçinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff da iştirak edib.

Kellog, Yelisey Sarayında Ukrayna-Rusiya müharibəsinin dayandırılması üçün keçirilən görüşləri “çox məhsuldar” adlandırıb. Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rüstəm Ümerov və Prezident Administrasiyasının rəhbəri Andrey Yermak başçılıq edib. Danışıqlarda Fransanın, Böyük Britaniyanın və Almaniyanın rəhbərləri də iştirak ediblər.

Andrey Yermak bildirib ki, Ukrayna üçün davamlı sülh barədə yeni danışıqlar formatı başlayıb. Onun sözlərinə görə, bu, sadəcə Ukrayna və ABŞ nümayəndə heyətlərinin növbəti görüşü deyil: “Bu, istəklər koalisiyasının təmsilçilərinin toplandığı qeyri-adi bir formatdır və ABŞ tərəfdaşlarımız da ona qoşulub. Bu yeni formatın çox effektiv olacağına inanıram.”

Danışıqlar zamanı tərəflər birbaşa Stiv Vitkoffdan onun keçən həftə Rusiyanın Prezidenti Vladimir Putin ilə keçirdiyi görüş barədə məlumat alıblar. Bu, ABŞ-ın Rusiyaya daha çox təzyiq göstərməsi üçün imkan yaradıb.

Fransız rəsmiləri də Parisdəki görüşlərin nəticələrini şərh edərkən, onların “çox yaxşı keçdiyini” və Avropalıların Ukraynanın gələcəyi barədə yenidən danışıqlara başladığını bildiriblər. 

Fransa Prezidenti Emmanuel Makronun anonimlik şərti ilə danışan müşaviri qeyd edib ki, bu görüşlər Trampın müharibəni dayandırmaq istəyi ilə gerçək uyğunluq nümayiş etdirdiyini göstərir.

“Hamı möhkəm və davamlı sülh istəyir. Sual isə prosesdə mərhələlərin nədən ibarət olacağıdır”, – deyə Makron ABŞ nümayəndə heyəti ilə görüş zamanı bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı Kiyevdə jurnalistlərin suallarını cavablandırarkən Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffu tənqid edib. Zelenskinin sözlərinə görə, Vitkoff Rusiya tərəfinin strategiyasını qəbul edib.

“O, bilərəkdən və ya bilmədən Rusiya hekayələrini yayır”, – deyə Zelenski bildirib.

Eyni zamanda, Zelenski vurğulayıb ki, Vitkoffun Ukraynanın əraziləri barədə danışmağa mandatı yoxdur. Prezident qeyd edib ki, Parisdə Ukrayna nümayəndələri yalnız atəşkəs və Ukraynanın təhlükəsizliyinə dair təminatlar barədə danışacaqlar, ərazi güzəştləri isə müzakirə olunmayacaq.

17 aprel axşamı Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub. Rusiya XİN-in məlumatına görə, Rubio Parisdə Ukrayna və bir neçə Avropa ölkəsinin nümayəndələri ilə keçirilən görüşlər barədə Lavrova məlumat verib. 

Məlumatda qeyd olunur:“Lavrov, Moskvanın ABŞ ilə Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmaq üçün birgə işə davam etməyə hazır olduğunu təsdiq edib.”

Donald Trampın administrasiyası Ukraynada tezliklə atəşkəsin əldə edilməsi üçün çalışır. Bir neçə danışıqların nəticəsi olaraq, atəşkəs üçün əvvəlcədən şərt qoyulmadan təklif irəli sürülüb. Lakin Rusiya bu təklifi açıq şəkildə rədd etməsə də, öz şərtlərini irəli sürüb.

Döyüşlər davam edir və son həftələrdə Rusiyanın Ukraynanın şəhərlərinə endirdiyi raket hücumları nəticəsində bir çox mülki şəxs həlak olub. Ən ölümcül hücumlar Krivoy Roq və Sumı şəhərlərində baş verib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Aprel 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri