Icma.az
close
up
RU
Parisdə Azərbaycanın ilk süni intellekti “Şuşa” kompozisiyası nümayiş olunub

Parisdə Azərbaycanın ilk süni intellekti “Şuşa” kompozisiyası nümayiş olunub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paris, 18 aprel, AZƏRTAC

İstanbul Beynəlxalq Rəqəmsal İncəsənət Festivalının (IDSF) təşkilatçılığı, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə Parisdə Azərbaycanın ilk süni intellekti “Şuşa” kompozisiyası nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, səfirliyimizin Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Fransada akkreditə olmuş səfirlər, diplomatlar, bu ölkənin mədəniyyət və ictimai xadimləri, yerli ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bildirib ki, mərkəzdə ilk dəfədir ki, rəqəmsal incəsənət sərgisi nümayiş olunub. O, qeyd edib ki, festival incəsənətin transformasiyasını qeyd etmək üçün dünyanın hər yerindən rəssamları və rəqəmsal sənət əsərlərini bir araya gətirən illik beynəlxalq platformadır.

Səfir deyib ki, süni intellekt mədəniyyət sektorunda da güclü alətə çevrilib. Bu irəliləyişlər mədəni irsi qorumaq və tamaşaçılara fərdi təcrübələr təqdim etmək üçün innovativ yollar təklif edir.

“Mezo” Rəqəmsal İncəsənət Qrupu idarə heyətinin sədri Nabat Qaraxanova sərgidə nümayiş olunan kompozisiyalar haqqında məlumat verib.

Sonra tədbir iştirakçıları sərgini ziyarət ediblər. Azərbaycanın ilk süni intellekti “Şuşa” kompozisiyası maraqla qarşılanıb. Kompozisiyada Vətənimizin tarixi mədəniyyət beşiyi olan Şuşanın qədim köklərə malik incəsənət nümunələri – tarixi xalçalar, milli musiqilərimizdən ibarət parçalar süni intellekt vasitəsilə canlandırılıb. Kompozisiya dahi şəxsiyyətlərimizin, sənətçilərimizin, bəstəkararımızın, şair və yazıçılarımızımın miras qoyduqları Şuşanın ruhunu əks etdirir.

Sərgi aprelin 20-dək ziyarətçilərə açıq olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 08:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see187

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see144

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri