Icma.az
close
up
RU
Parisdə “İRS” Nəşriyyat Evinin kitablarının təqdimatı keçirilib

Parisdə “İRS” Nəşriyyat Evinin kitablarının təqdimatı keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Paris, 16 iyun, AZƏRTAC

Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində “İRS” Nəşriyyat Evinin dərc etdiyi kitabların təqdimat mərasimi olub. Tədbir Azərbaycanın Fransadakı səfirliyinin və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) birgə təşkilatçılığı, həmçinin “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə baş tutub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “İRS” Nəşriyyat Evi, eləcə də onun Azərbaycanın tarixi, mədəniyyəti və mədəni irsi haqqında olan nəşrlərindən danışıb. Bildirib ki, bu kitablar ölkəmizin qədim, zəngin və maraqlı tarixi, mədəniyyəti və mədəni irsi ilə yaxından tanış olmaq imkanı yaradır. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri kimi bu kitabların Parisdə təqdimatı vacibdir. Onlar fransızlara Azərbaycanı yaxından tanımağa imkan verəcək.

“İRS” Nəşriyyat Evinin baş redaktoru Musa Mərcanlı “İRS” jurnalı və Nəşriyyat Evi haqqında ətraflı məlumat verib. Bildirib ki, “İRS” jurnalının Fransada ilk təqdimatı 2011-ci ildə Senatda keçirilib. 25 ildir işıq üzü görən və 20 dildə dərc olunan jurnal sonradan “Paşa Holdinq”in dəstəyi ilə kitablar da dərc etməyə başlayıb. Nəfis tərtibatı və yüksək bədii-estetik görünüşü ilə diqqəti cəlb edən nəşrlərdə Azərbaycanın tarixi, mədəniyyəti, milli irsi dünyaya müxtəlif dillərdə təqdim olunur.

Artıq bir çox Avropa ölkələrində təqdimatı keçirilmiş bu kitablar dünya sivilizasiyasının bir hissəsi olan Azərbaycanın qədim və zəngin tarixi və mədəniyyəti ilə yaxından tanış olmağa imkan yaradır. M. Mərcanlı tədbir iştirakçılarını nəşriyyatın digər kitabları ilə tanış olmaq üçün “İrs” internet portalına müraciət etməyə dəvət edib.

“İRS” Nəşriyyat Evinin baş redaktoru Qərbi Azərbaycanın (indiki Ermənistan ərazisi) xalqımıza məxsus qədim diyar olduğunu elmi-faktoloji materiallar əsasında təqdim edən “Daşları toplamaq vaxtıdır” kitabında regionda yerləşən və müxtəlif dövrlərdə məhv edilmiş və ya izləri silinmiş memarlıq, dini, eləcə də digər mədəni abidələrimizin foto və sənədli sübutlarla təqdim olunduğunu bildirib. O, İrəvanın vaxtilə Azərbaycanın “İrəvan xanlığı” olduğunu xatırladaraq, bu gün Qərbi Azərbaycan olan İrəvanda tarixi və mədəni irsimizin məqsədyönlü şəkildə dağıdıldığını, izlərinin silinməsinə çalışıldığını bildirib. Ermənilər zaman-zaman, mərhələ-mərhələ azərbaycanlıların Qərbi Azərbaycanın aborigen sakinləri olduğunu sübut edən izləri - toponimləri, memarlıq abidələrini və mədəni irsin digər nümunələrini məhv ediblər. “İRS” nəşriyyat evinin dərc etdiyi “Daşları toplamaq vaxtıdır” kitabının İrəvanda olmuş və bu gündə bəzi qalıqları qalan Azərbaycan tarixi və mədəni abidələrindən bəhs etdiyini diqqətə çatdırıb.

"Paşa Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov “Paşa Holdinq”in bu layihədə iştirak etməklə fəxr etdiyini bildirib. Qeyd edib ki, bu layihənin əsas məqsədi Azərbaycanın tarixi və mədəni irsini təşviq etmək, Azərbaycan reallığını tanıtmaqdır. Kitabların Azərbaycanın bütün regionlarını ayrı-ayrılıqda geniş formatda təqdim etməsi oxucuya ölkəmizi daha yaxından tanımağa imkan verir. “Paşa Holdinq” Qarabağ torpaqları işğaldan azad edildikdən sonra işğal dövründə mənfur düşmənin torpaqlarımızı nə hala saldığını göstərmək üçün nəşrləri dəstəkləyib və yeni kitabların nəşrini dəstəkləməkdə davam edəcək.

Tədbir bədii hissə ilə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyun 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri