Parisdə jandarmlara hücum edən şəxs güllələnib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Paris, 14 fevral, AZƏRTAC
Parisdə Zəfər Tağı yaxınlığında baş verən insident zamanı bir kişi güllə yarası alıb. O, naməlum əsgərin məzarı üzərində alovun yenilənməsi mərasimi zamanı xidmət aparan jandarmlara bıçaqla hücum edib. Bu barədə Fransanın daxili işlər naziri Laurent Nunez məlumat verib.
AZƏRTAC xəbər verir ki, hadisə yerli vaxtla saat 18:00 radələrində qeydə alınıb. Mərasim üçün ərazidə növbə çəkən jandarmlara bıçaqla hücuma keçən şəxsə qarşı dərhal cavab atəşi açılıb. Güllə yarası alan şəxs yolun hərəkət hissəsinə yıxılıb. Nazir bildirib ki, onun vəziyyəti “çox ağırdır”.
Hadisədən dərhal sonra prokurorluq faktı icraata götürüb.
Məlumata görə, jandarmlara hücum edən 47 yaşlı şəxs 2012-ci ildə Belçikada iki polis əməkdaşına bıçaqla hücum etdiyinə görə məhkum olunmuşdu.
Hadisə ilə bağlı genişmiqyaslı istintaq aparılır. Təhlükəsizlik qüvvələri ərazidə nəzarəti gücləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 14 Fevral 2026 00:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















