Parisdə Makronun istefası və Fransanın Aİ dən çıxması tələbi ilə nümayiş keçirildi
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Parisin mərkəzində Fransa Prezidenti Emmanuel Makronun istefası, ölkənin Avropa İttifaqı və NATO-dan çıxması tələbi ilə nümayiş keçirilib.
Redaktor.az xəbər verir ki, nümayişçilər Fransa paytaxtının 6-cı rayonundakı Monparnas bulvarından Luvr muzeyinə doğru yürüş ediblər.
Etirazçılar "Makron, get!", "Lekornuya səs ver!", "Avropa İttifaqından çıx!" şüarları səsləndiriblər.
"Vətənpərvərlər" partiyasının lideri və mitinqin təşkilatçısı Florian Filippot deyib ki, hazırda hökumətlər qısa müddətə təyin olunur: "Əslində ciddi olan odur ki, kabinet yalnız büdcəni Nazirlər Şurası vasitəsilə ötürmək üçün təyin olunur".
Onun sözlərinə görə, baş verənlərdə demokratiyanın zərrəsi belə yoxdur: "Ölkə tam bərbad vəziyyətdədir. Baş nazirlər bir-birinin ardınca dəyişdirilir". O, prezidentin istefaya getməli olduğu fikrini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 11 Oktyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















