Parisdə minlərlə insan müxalifət liderinə dəstək aksiyası keçirib
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransanın paytaxtı Parisdə minlərlə insan Marin Le Penə dəstək aksiyası keçirir.
"Report" xəbər verir ki, vətəndaşlar məhkəmənin hökmü ilə dövlət orqanlarına seçilməsi qadağan edilmiş “Milli Birlik” Partiyasının parlament fraksiyasının lideri ilə həmrəyliklərini ifadə etməyə gəliblər.
Mitinq iştirakçıları arasında hər yaşda olan insanlar, istər gənclər, istərsə də yaşlı fransızlar olub. Siyasətçinin özü də mitinqə gəlib. O, çıxışında məhkəmənin qərarının vətəni, xalqı, şərəfi tapdaladığını bildirib.
"Hamının bilməsini istəyirəm: təslim olmayacağam. Bizə qarşı keçirilən məhkəmə prosesinin siyasi fonunu vurğulamaqdan çəkinmirəm. Bu, məhkəmə qərarı deyil. Bu, siyasi qərardır, siyasətçilər üçün ovdur" - Le Pen deyib.
Bazar ertəsi Paris məhkəməsi Le Pen və sağçı “Milli Birlik” Partiyasından olan bir neçə parlament üzvünə Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işi üzrə hökm çıxarıb. İttihama görə, Avropa Parlamenti 2004-2016-cı illər arasında Le Penin partiyasından olan deputat köməkçilərinə maaş vermək üçün vəsait ayırıb, amma reallıqda köməkçilər yalnız “Milli Birlik” Partiyası üçün çalışıblar. Le Pen AP pullarının yuyulması üçün "mərkəzləşdirilmiş sistem" yaratmaqda təqsirkar bilinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 07 Aprel 2025 00:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















