Icma.az
close
up
RU
Parisdə miqrant işçinin polis tərəfindən qətlə yetirilməsi etirazlara səbəb olub

Parisdə miqrant işçinin polis tərəfindən qətlə yetirilməsi etirazlara səbəb olub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 27 yanvar, AZƏRTAC

Parisdə mavritaniyalı miqrant işçinin polis nəzarətində ölümü ilə bağlı etiraz aksiyası keçirilib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, 35 yaşlı El Hacen Diarranın yanvarın 14-də zorakılıqla həbs edilməsi müşahidə kamerasına düşüb və sosial mediada paylaşılıb. Fransa paytaxtında polis zorakılığına qarşı çıxan müxtəlif qrupların çağırışlarına cavab olaraq meydana təxminən 1000 nəfər toplaşıb. Nümayişçilər zorakılıqla saxlanıldıqdan sonra ölən Diarra üçün ədalət tələb ediblər. Polis nəzarəti altında dinc şəraitdə keçirilən etiraz aksiyasında Diarranın ailəsi də iştirak edib.

Nümayişçilər üzərində “El Hacen Diarra üçün ədalət” və “Ədalət yoxdursa, sülh yoxdur” yazılı plakatlar daşıyıblar.

Diarra saxlanıldığı zaman müqavimət göstərdiyinə və marixuanaya bənzər maddə saxladığına, habelə üzərində saxta inzibati sənədlər gəzdirdiyinə görə Parisin 20-ci rayonunda həbs edilib. Ailəsi iddia edir ki, o, yaşadığı miqrant işçilər yataqxanasının qarşısında polis zorakılığına məruz qalıb. Yerli sakinlər tərəfindən çəkilən görüntülərdə iki zabitin yerə yıxılan bir nəfəri yumruqla vurduğu görünür. Ailənin tələb etdiyi görüntülərə baxış zamanı Diarranın “məni boğursan” dediyi eşidilib.

Paris prokurorları qeyd ediblər ki, zabitlərin üzərində olan kameralar batareyalarının tükənməsi səbəbindən həmin vaxt işləmirdi. Bu faktla bağlı “Dövlət hakimiyyətini təmsil edən şəxs tərəfindən qəsdən zorakılıq yolu ilə ölümə səbəb olmaq” ittihamı ilə istintaq başlanıb.

Fransanın daxili işlər naziri Loran Nunye zabitlərin müvəqqəti olaraq işdən uzaqlaşdırılmasına qarşı çıxıb, Diarranın ailəsi isə onların həbs olunmasını tələb edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Yanvar 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see232

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see161

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see156

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri