Parisdə oğrular 10 milyon dəyərində zinət əşyalarını alt paltarlarında gizlədiblər
Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
Saxlanılanlar Liondan qatarla Parisə gələn iki tunisli olub
Fransa polisi Parisdə oğurluq yolla əldə edilmiş malları alt paltarında gizlədən iki qulduru saxlayıb. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
Onların arasında “Rolex” saatı, təxminən 5 milyon avro dəyərində boyunbağı, 2 milyon avro dəyərində sırğa və təxminən 1 milyon avro dəyərində üzük olub.
Saxlanılanlar Liondan qatarla Parisə gələn iki tunisli olub. Vağzalda adi yoxlama zamanı paytaxta gələn qonaqlardan birinin alt paltarında zinət əşyaları ilə doldurulmuş corab aşkar edilib. Polisin tapdığı zinət əşyalarının ümumi dəyəri təxminən 10 milyon avro olub. Bütün bunların oğurlandığı ortaya çıxıb.
Hər iki Tunis vətəndaşı dərhal həbs edilib. Fransa mediası yazır ki, onlardan biri azyaşlıdır. Paris prokurorluğu “mütəşəkkil qrup tərəfindən oğurluğun gizlədilməsi ilə bağlı istintaqa” başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 02 Sentyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















