Parisdəki bayram paradında at Makronun olduğu tribunanın önündə yıxılıb
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
İyulun 14-də Parisdə Fransanın Milli Bayram şərəfinə təşkil olunmuş paradda Respublika Qvardiyasına məxsus at sürüşərək üzərindəki atlı ilə birlikdə Emmanuel Makronun olduğu prezident tribunasının önündə yıxılıb.
Oxu.Az bu barədə TASS-a istinadla xəbər verir.
Hadisədən sonra atlı qvardiya "Yelisey çölləri" xiyabanından keçərkən, kolonun yanı ilə qaçan və minicisi olmayan at görünüb.
Bildirilir ki, insident nəticəsində paradda iştirak etmiş hərbçilər arasında xəsarət alan olmayıb.
Ümumilikdə isə paradda yeddi min hərbçi iştirak edib.
Qeyd edək ki, 1789-cu il iyulun 14-də Parisdə üsyançılar Bastiliyaya basqın edərək məhbusları azad ediblər. Bu hadisə 1789-1794-cü illər Böyük Fransa İnqilabının başlanğıcı olub. 1880-ci ildən etibarən 14 iyul tarixində Fransanın Milli Bayramı qqeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 14 İyul 2025 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















