Parisdəki etirazlarda iki nəfərin ölümü araşdırılır
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Parisdə həftəsonu kütləvi nümayişlər və iğtişaşlar zamanı küçədə ölən iki kişinin ölümünün səbəbləri araşdırılır.
Modern.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.
İlk hadisə şənbə günü axşam saatlarında Parisin 10-cu rayonunda, Respublika meydanının yaxınlığındakı Şato-d’O küçəsində baş verib. Həmin meydan toqquşmaların əsas mərkəzlərindən birinə çevrilib.
Prokurorluğun məlumatına görə, həmin axşam hüquq-mühafizə orqanlarına bir kişinin öldüyü barədə məlumat daxil olub. Onun qəfil halı pisləşdikdən sonra həyatını itirdiyi ehtimal edilir.
Paris prefekturası bildirib ki, saat 18:20 radələrində Lankri küçəsi ilə Majenta bulvarının kəsişməsində huşunu itirən 59 yaşlı kişiyə yardım göstərilməsi üçün xilasedicilər çağırılıb. Hadisə yerində təhlükəsizlik vəziyyətinin mürəkkəb olması səbəbindən kişi Şato-d’O yanğınsöndürmə məntəqəsinə aparılıb.
Həkimlərin səylərinə baxmayaraq, o, saat 18:55-də vəfat edib. Meyit məhkəmə-tibbi ekspertiza institutuna göndərilib, ölümün səbəblərini müəyyənləşdirmək üçün araşdırmaya başlanılıb.
İkinci hadisə isə bazar ertəsi gecə saat 01:10 radələrində Parisin Le-Al rayonunda, Berje küçəsində baş verib. 48 yaşlı kişinin küçədə qəfil halı pisləşib.
Prefekturanın məlumatına görə, yanğınsöndürənlər hadisə yerinə operativ şəkildə çatsalar da, kişinin həyatını xilas etmək mümkün olmayıb. Bu ölümlə bağlı da araşdırma başlanıb.
Fransa hakimiyyəti sosial şəbəkələrdə Şato-d’O küçəsində ölən kişinin polis tərəfindən saxlanılan gənc olduğu barədə yayılan məlumatları təkzib edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 20 Oktyabr 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















