Icma.az
close
up
RU
Parkdakı güllələnmə hadisəsinin təfərrüatı bilindi

Parkdakı güllələnmə hadisəsinin təfərrüatı bilindi

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yevlaxda 1991-ci il təvəllüdlü Nəsibov Əhməd Əhəd oğlunun 1989-cu il təvəllüdlü Saleh Əliyev tərəfindən başından güllələnərək öldürülməsinin təfərrüatı məlum olub.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, qətli törədən Saleh Minatəmizləmə Agentliyinin Şuşa düşərgəsinin Skaner və partlayış bölməsinin minaaxtaranı vəzifəsində çalışırmış.

Saleh qətli törətdiyi “M*karov” tipli t*pançanı m*na təmizlədiyi ərazilərdən taparaq evinə gətiribmiş.

İstintaqla müəyyən edilib ki, Saleh mərhumu qohumu olan azyaşlı uşağa qarşı s*ksual xarakterli hərəkətlər etməyə cəhd etdiyinə görə öldürüb. Belə ki, Murad Salehin qohumu olan oğlan uşağına bıçaq çəkərək ona qarşı s*ksual xarakterli hərəkətlər edib. Bu barədə məlumatı Salehə anası deyib. Bunu öyrənən Saleh Əhmədi öldürmək qərarına gəlib.

Saleh hadisə günü içkili olub. O, Əhmədin evdən çıxmasını gözləyib. Sonra ona yaxınlaşaraq birlikdə yeyib-içməyə getməyi təklif edib. Lakin Əhməd bunu istəməyib. Məqsədi Əhmədi tənha bir yerə aparmaq olub.

Saleh belindən tapançanı çıxaran zaman silah əlindən düşüb. Bunu fürsət bilən Əhməd oradan qaçıb. Sosial şəbəkələrdə də Salehin mərkəzdəki parkda Əhmədin arxasınca qaçması, iki dəfə atəş açması görüntüləri yayılıb.

Məlumata görə, Saleh küçədə iki dəfə atəş açsa da, Əhmədi vura bilməyib. Daha sonra Əhməd yaxınlıqdakı binalardan birinin blokuna girib. Saleh ona çataraq arxadan atəş açaraq baş nahiyəsindən vurub.

Saleh dindirilən zaman əməlindən peşman olmadığını deyib. Bildirib ki, bu gün olsa, yenə eyni əməli törədər:

“Dövlət uğruna can qoymuşam ki, hansısa şəxs körpə-körpə uşaqları zorlasın? İcazə vermərəm ki, elə insanlar çöldə nəfəs alsın. Ona görə can qoymuşuq ki, uşaqlar böyüsün və onların gələcəkləri olsun. Əhməd başqa 5-6 ailənin də uşaqlarına da əxlaqsız hərəkətlər edib, ailələri gözüyaşlı qoyub. Yevlax balaca şəhərdir və hamı-hamıdan utanır. Hamımızın qeyrəti, namusu var. Hadisədən bir gün əvvəl ona xəbərdarlıq etdim. Sözün düzü, onu bir gün əvvəl öldürəcəkdim. Öldürdüyümə görə peşman deyiləm. Bu gün elə bir hadisə olsa, yenə də onu öldürərəm. Ona görə ki, elə insanlar yaşamalı deyil”.

İttihamla özünü qismən təqsirli bilən Saleh deyib ki, Əhmədin arxasınca qaçanda küçədə açdığı atəş xəbərdarlıq atəşi olub:

“Qaçmasın və ətrafdakı insanlara zərər gəlməsin deyə havaya iki dəfə atəş açdım. Cavad qaçmağa başladı. Onun arxasınca qaçdım. Əhməd binanın blokuna girib dəmir qapını bağlamaq istəyəndə çatdım. Qapını açıb sağ əlimdə olan tapançadan bir dəfə Əhmədin baş nahiyəsinə atəş açdım”.

Saleh silahı haradan əldə etməsi barədə suallara belə cavab verib:

“Silah erməni silahı idi. M*na axtaran zaman silahı tapıb evə gətirmişdim. Əlavə edim ki, Əhmədə əzab-əziyyət verməmişəm. Ona yalnız bir güllə vurmuşam. Gülləni də başından vurdum ki, ikinci gülləyə ehtiyac qalmasın”.

Məhkəmə təqsirləndirilən şəxsin vermiş olduğu ifadəni cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirib.

Məhkəmə qənaətə gəlib ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı belə məzmunda ifadə verməklə məsuliyyətini yüngülləşdirmək məqsədi güdür.

Mərhumun qardaşı isə ifadə verən zaman deyib ki, Əhmədin psixoloji problemləri olub:

“Əhməd kəmağıllı idi. Ancaq uşaqlarla oynayırdı. Xasiyyətcə çox sakit biri idi. İndiyə qədər heç kimlə problemi olmayıb. Bu söhbəti biləndə Əhməd mənə uşağa heç nə etmədiyini demişdi”.

Saleh xüsusi amansızlıqla qəsdən adam öldürmə, x*liqanlıq, odlu silah saxlama maddələri ilə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:302
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 Mart 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri