Icma.az
close
up
RU
Parkinson xəstəliyinin müalicəsi üçün ilk preparat təsdiqlənib

Parkinson xəstəliyinin müalicəsi üçün ilk preparat təsdiqlənib

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnduksiya olunmuş kök hüceyrələri (iPS-hüceyrələri) əsasında yaradılmış parkinson xəstəliyinin müalicəsi üçün nəzərdə tutulan preparat Yaponiyada istifadə üçün təsdiq edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu məlumatı jurnalistlərlə Yaponiyanın səhiyyə, əmək və rifah naziri Kenbiçiro Ueno paylaşıb.

"İki preparatın istehsalı və satışı təsdiqlənib", – o qeyd edib.

Söhbət iPS-hüceyrələrindən yetişdirilmiş və parkinson xəstəliyi olan pasiyentlərə transplantasiya üçün nəzərdə tutulmuş sinir hüceyrələri əsasında hazırlanan "Amshepuri" preparatından gedir. Onu Kioto Universitetinin iPS-hüceyrələrinin Tədqiqi və Tətbiqi İnstitutu "Sumitomo Pharma" əczaçılıq şirkəti ilə birgə hazırlayıb. Kioto Universiteti 2025-ci ilin aprelində klinik sınaqların nəticələri barədə məlumat vermişdi. Həmin sınaqlar zamanı belə hüceyrələrin köçürülməsindən sonra bəzi xəstələrin vəziyyətində müsbət dəyişikliklər qeydə alınmışdı. 2025-ci ilin avqustunda "Sumitomo Pharma" "Amshepuri" ticarət adı altında məhsulun təsdiqlənməsi üçün müraciət etmişdi.

Həmçinin işemik kardiomiopatiyanın müalicəsi üçün iPS-hüceyrələri əsasında hazırlanan "Reheart" preparatı da təsdiq alıb. Hər iki preparatın dünyada analoqu yoxdur.

Yaponiyalı alim Sinya Yamanaka 2012-ci ildə kök hüceyrələri sahəsindəki tədqiqatlarına görə fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatı olduqdan sonra həm Yaponiya cəmiyyəti, həm də Yaponiya hökuməti tərəfindən bu mövzuya maraq dəfələrlə artıb. Regenerativ təbabət elmin inkişafının prioritet istiqamətlərindən biri elan edilib. iPS-hüceyrələri müəyyən kimyəvi təsir altında istənilən tip hüceyrəyə çevrilmək qabiliyyətinə malikdir ki, bu da nəzəri olaraq müxtəlif orqanlar üçün toxumalar yetişdirməyə imkan verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Mart 2026 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see451

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see341

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see332

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see319

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see289

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see288

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see284

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see273

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see271

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see270

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see268

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see266

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see248

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see248

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see248

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see221

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see214

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see209

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri