Icma.az
close
up
RU
Parlament amnistiya aktını təsdiqlədi

Parlament amnistiya aktını təsdiqlədi

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Prezident İlham Əliyevin təşəbbüsü olan amnistiya 20 mindən çox şəxsə şamil ediləcək

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

Dekabrın 19-da Milli Məclisin növbəti iclası keçirilib. Spiker Sahibə Qafarova bildirib ki, dekabrın 18-də  Avropa Parlamentində Azərbaycana qarşı böhtanlar və əsassız ittihamlar üzərində qurulan növbəti ədalətsiz qətnamə qəbul edilib. Təəssüflə qeyd olunmalıdır ki, Avropa Parlamenti bu addımı ilə Azərbaycanda real vəziyyəti əks etdirməyən və beynəlxalq hüquq prinsiplərinə zidd olan qeyri-obyektiv və qərəzli praktikasını davam etdirib. Bu qətnamə Avropa Parlamentinin dövlət suverenliyinə hörmət və daxili işlərə qarışmamaq  prinsiplərinə etinasız münasibətini əks etdirir. Sənəddə yer alan “siyasi məhbusların mövcudluğu”, “siyasi təqiblər”, “akademik azadlıqların və mədəni hüquqların pozulması” kimi ifadələr və digər ittihamları biz qətiyyətlə rədd edirik.

Sahibə Qafarova: Heç bir qurumun Azərbaycanla təzyiq dili ilə danışmağa haqqı yoxdur

Onun sözlərinə görə, Azərbaycan Respublikası qanunun aliliyi, dövlət institutlarının müstəqilliyi və öz vətəndaşları qarşısında cavabdehliyi prinsiplərinə dönmədən əməl edir:”Demokratik institutların sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas elementlərinin qurulması və digər amillər dövlətimizin demokratiya yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir. Biz əminik ki, dayanıqlı inkişaf, insan hüquqlarının və azadlıqlarının müdafiəsi yalnız milli hüquq qaydası çərçivəsində və dövlətin suveren səlahiyyətlərinə ciddi riayət olunması şəraitində təmin edilə bilər.  Mövcud reallıqların nəzərə alınmadığı birtərəfli rəyləri qəbul etdirmək cəhdləri heç də etimadın möhkəmlənməsinə və tərəfdaşlığın inkişafına xidmət etmir. Əksinə, bu cür yanaşma bərabər hüquqlu beynəlxalq əməkdaşlıq ideyasının özünə zərbə vurur və konstruktiv dialoq anlayışını dəyərdən salır”.   

Spiker qeyd edib ki, Azərbaycan insan hüquqları sahəsində beynəlxalq müqavilələrin məsuliyyətli iştirakçısıdır və üzərinə götürdüyü öhdəlikləri ardıcıl yerinə yetirir. “Bununla yanaşı, biz ölkəmizlə münasibətlərin inkişafını əsassız tələblərin yerinə yetirilməsi ilə bağlamaq cəhdlərinə səssiz qala bilmərik. Bizim dövlətimiz beynəlxalq qurumlar ilə qarşılıqlı hörmət, obyektivlik və ikili standartlara yol verilməməsi əsasında əməkdaşlıq üçün açıqdır. Lakin heç bir qurumun Azərbaycanla təzyiq dili ilə danışmağa haqqı yoxdur. Saxta ittihamlar və əsassız iddialar yolu ilə Azərbaycanın nüfuzuna xələl gətirmək cəhdləri uğursuzluğa məhkumdur. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında hərəkət edərək milli maraqlarına zidd olan bütün qərəzli addımları bundan sonra da qətiyyətlə və adekvat şəkildə cavablandıracaq”,-deyə S.Qafarova vurğulayıb.

“Qətnamə sülh prosesinə müdaxilə cəhdidir”

Millət vəkilləri də çıxış edərək məsələyə münasibət bildiriblər. Deputat Rizvan Nəbiyev deyib ki, islamofob mövqeyi ilə tanın Avropa Parlamentində keçirilən dinləmə, qəbul edilən qətnamə Azərbaycanın təşəbbüskarı olduğu sülh və dövlətlərarası normallaşma prosesinə müdaxilə cəhdidir. Onun sözlərinə görə,  Avropa İttifaqı malik olduğu resurslarla yeni əməkdaşlıqda yer almaq, sülh gündəliyini dəstəkləmək əvəzinə, keçmiş münaqişə dövrünün narrativlərini modifikasiya edərək Ermənistana səhv istiqamətlərdə dəstək göstərir. “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədində yer alan bir sıra məsələlər regiona qərəzli yanaşmanın bariz nümunəsidir. Ermənistanın hərbləşdirilməsi məqsədi ilə “Avropa Sülhü Fondu” adlandırılan mexanizmin yenidən işə salınması da bunu təsdiqləyir. “Reallıqların təhrifi və ikili standartlar Avropa İttifaqının regionda sülh, normallaşma və etimad quruculuğu proseslərinə qərəzli siyasətini bir daha nümayiş etdirir. Görünən odur ki, Avropa İttifaqı daxilində müəyyən qüvvələr, o cümlədən psevdo-liberallar regionda yaranmış sülh prosesinə xələl gətirmək niyyəti ilə yenidən fəallaşıblar. Lakin bu cəhdlər də uğursuz olacaq. ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında da qeyd edildiyi kimi, Avropa İttifaqı “dəyərlərin tənəzzülü” prosesi ilə üz üzədir”,-deyə R.Nəbiyev vurğulayıb.

Millət vəkili Azay Quliyev də Avropa Parlamentinin qəbul etdiyi qətnaməni tənqid edib. Onun fikrincə, bu fakt ikili standartların növbəti nümunəsidir.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, Ermənistanın Azərbaycana qarşı 30 illik hərbi təcavüzü davam etdiyi zaman Avropa Parlamenti bu işğal siyasətini pisləməyib. Eyni zamanda, işğal nəticəsində doğma torpaqlarından qovulmuş azərbaycanlıların hüquqlarını müdafiə etməyib. “Ona görə də, bu təşkilatın Azərbaycanı tənqid etməyə mənəvi haqqı çatmır”,-deyə birinci vitse-spiker vurğulayıb.

“Avropa Parlamenti korrupsiya bataqlığında boğulur”

Deputat Kamran Bayramov isə deyib ki, Avropa Parlamenti illərdir Azərbaycanı hədəf seçərək, “demokratiya”, “insan hüquqları” və “qanun aliliyi” pərdəsi altında ölkəmizə təzyiq etməyə çalışır. Lakin biz yaxşı bilirik ki, bu qətnamənin arxasında duran əsl səbəb anti-Azərbaycan qüvvələrinin ölkəmizin müstəqil siyasətinə, regionda artan nüfuzuna və təşviq etdiyi sülh gündəliyinə qarşı apardığı çirkin kampaniyadır. Onun sözlərinə görə, qətnamədə yer almış iddialar tamamilə uydurma və yalan məlumatlara əsaslanır:”Burada söhbət təkcə Avropa Parlamentinin fəaliyyətindən getmir, özünü dünyaya “demokratiyanın mayakı” və “insan haqlarının qalası” kimi təqdim edən bu qurumun daxili çürüməsindən, mənəvi iflasından gedir. İllərdir ki, bizə “Avropa dəyərləri”ndən mühazirə oxuyanlar, başqa dövlətlərə şəffaflıq dərsi keçənlər, əslində pərdə arxasında nə ilə məşğuldurlar? Cavab sadə və aydındır: Siyasi alver və rüşvətxorluqla! Son dövrlərdə Avropa Parlamentində baş vermiş korrupsiya qalmaqalları göstərdi ki, bu ikili standartlar maşınının vitse-prezidentləri belə, çantalar dolusu nağd pulla ələ alınır. Bu, sadəcə bir neçə nəfərin xətası deyil. Bu, sistemin özünün rüşvətə nə qədər açıq olduğunun sübutudur.Artıq siyasi birja adını qazanmış Avropa Parlamenti korrupsiya bataqlığında boğulduğu halda, hələ də digər ölkələrə barmaq silkələməyə cürət edir. Öz daxilindəki lobbiçilik fəaliyyətini idarə edə bilməyən, maliyyə şəffaflığını təmin etmək istəməyən bir qurumun başqalarını ittiham etməsi ən böyük riyakarlıqdır”.

“Bu təşkilat Avropanın düşdüyü dərin böhranın güzgüsüdür”

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycanın uğurları dünya səviyyəsində tanındıqca, Avropa Parlamenti bəzi dairələrin qərəzli mövqeyini ortaya qoyur. Əslində, onların məqsədi regionda sülh və əməkdaşlıq mühitini dəstəkləmək olmalıdır.Lakin təəssüf ki, Avropa Parlamenti tamam başqa bir mövqedən çıxış edir. Komitə sədrinin fikrincə, bu qurum əslində, Avropanın bu gün düşdüyü dərin böhranın bir güzgüsüdür. Qeyri-sabitlik, ikili standartlar, korrupsiya və siyasi riyakarlıq - bunların hamısı artıq Avropa Parlamentində özünü göstərir. “Bu gün biz o mərhələdəyik ki, öz sözümüzü açıq şəkildə, ən yüksək səviyyədə ifadə edə bilir və həyata keçiririk. Bu, dövlətimizin müstəqil siyasət yürütmək iradəsinin və güclənən mövqeyinin bariz nümunəsidir”,-deyə S.Seyidov vurğulayıb.

Millət vəkili Vüqar Bayramov da deyib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamədə yer alan müddəalar qərəzli olmaqla yanaşı, Cənubi Qafqazda formalaşmaqda olan sülhə təhdiddir. Bu qətnamə bir daha təsdiq edir ki, Avropa Parlamenti ikili standartlara və qərəzli açıqlamalara əsaslanan fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, Azərbaycan dövləti istənilən xarici təhdidlərə cavab vermək gücündədir:”Bu güc, sadəcə, siyasi və iqtisadi potensial ilə məhdudlaşmır, həmçinin xalq-iqtidar birliyinin yaratdığı üstünlükdür. Avropa Parlamentinin qərəzli bəyanatları isə bu qurumun öz nüfuzuna xələl gətirməklə yanaşı, yenə də bəlli dairələr tərəfindən idarə olunduğunu göstərir.Saxta dəyərlər ilə regionda sülhə töhvə vermək olmaz. Digər tərəfdən, Avropa Parlamentinin son qərəzli qətnamələri nəinki Azərbaycan ilə Ermənistan arasında formalaşmaqda olan sülhə kölgə salır, həmçinin regionun inkişafında maraqlı olmadığını bir daha təsdiq edir”.

Millət vəkilləri Bəxtiyar Əliyev, Zahid Oruc, Elşən Musayev, Ceyhun Məmmədov, Azər Kərimli və digərləri də çıxış edərək Avropa Parlamentinin sözügedən qətnaməsini pisləyiblər.

Sonra parlamentin komitə sədri Şahin İsmayılov Milli Məclisin etiraz bəyanatını oxuyub. Millət vəkilləri bəyanatı qəbul ediblər.

Daha sonra iclasda “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarının layihəsi müzakirəyə çıxarılıb. Spiker Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında geniş miqyaslı amnistiya qərarının layihəsini təqdim etməsi dövlətimizin Konstitusiya ilə elan olunmuş insan hüquqlarına hörmət, humanizm və qanunun aliliyi prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir. Onun fikrincə, “Konstitusiya və Suverenlik İli” kimi əlamətdar dövrdə müzakirəyə çıxarılan bu akt dövlətimizin öz institutlarının möhkəmliyinə və hüquq sisteminin yetkinliyinə inamını əks etdirir: “Əminliklə söyləmək olar ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu yeni tarixi reallıq şəraitində belə bir qərarın qəbul edilməsi ictimai sabitliyin möhkəmlənməsinə, hüquq siyasətinin humanistləşdirilməsinə və Azərbaycan dövlətinin Konstitusiya prinsipləri əsasında inkişafına dəyərli töhfə verəcək”.

Əli Hüseynli: Bu, ən böyük amnistiya sənədidir

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə amnistiya aktı barədə ətraflı məlumat verib. O bildirib ki, “Konstitusiya və suverenlik ili” çərçivəsində həyata keçirilmiş tədbirlər və qəbul edilmiş qərarlar sırasında amnistiya qərarının öz müstəsna yeri olacaq. Çünki bu, həm də Heydər Əliyev humanizm siyasətinin davamıdır. 1993-cü ildə  Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə əfv və amnistiya məsələləri də qanunvericilik və humanizm çərçivəsində bərqərar olmağa başlamışdı. “O dövrə qədər AXCP-Müsavat hakimiyyəti dövründə heç bir hüquqi-sosioloji araşdırma aparılmadan qəbul edilmiş amnistiya qərarları və əfv fərmanlarının çox ağır nəticələri olmuşdu. 1992-ci ilin 15 iyul amnistiya aktından sonra respublikada cinayətkarlıq, xüsusən onun ağır növləri dərhal yüksələrək 43 faiz artım qeydə alınmışdı. Əvvəlki illərlə müqayisədə residiv cinayətlər isə 2,5 dəfə artdı. Bu azmış kimi həmin dövrdə heç bir rəsmi əfv və amnistiya qərarı olmadan 600-dən yuxarı məhkum birbaşa həbsxanalardan guya Qarabağ döyüşlərində iştirak etmək adı altında buraxılmışdı. O məhkumların bir qismini çıxmaq şərtilə, digərləri nəinki döyüşlərdə iştirak etmədilər, əksinə cəbhə bölgəsində və ətraf ərazilərdə əhalimizə qarşı təkrar cinayətlər törətdilər. Onların axtarışı və həbsxanalara qaytarılması 1996-cı ilə qədər davam etmiş oldu”,-deyə Ə.Hüseynli söyləyib.

Komitə sədri qeyd edib ki, 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə qanunçuluq və insan hüquqları bərqərar olmağa başladı. Onun sözlərinə görə, Heydər Əliyevin imzaladığı əfv fərmanları və təşəbbüsü ilə qəbul edilmiş amnistiya qərarları nəticəsində minlərlə məhkum azadlığa qovuşdu. “Bir tərəfdən mütəşəkkil cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparılır, digər tərəfdən isə humanist aktlar qəbul edilirdi.  Bu siyasətdə qanunçuluğun və ədalətli balansın qorunması nəticəsində hələ o illərdən Azərbaycanda kriminal durum sabit olub. Bu humanist siyasət sonra Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildi. Eyni zamanda, Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olduğu dövrdə Heydər Əliyev irsinə sadiq qalaraq amnistiya təşəbbüsləri ilə çıxış edib”,-deyən Ə.Hüseynli əlavə edib ki, son 30 il ərzində 71 əfv fərmanı ilə 10 mindən çox məhkum azad edilib, 12 amnistiya qərarı isə 130 mindən artıq şəxsə şamil edilib.

Komitə sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən “Konstitusiya və suverenlik ili” münasibətilə  təqdim edilən amnistiyaqərarının layihəsi isə öz əhatə dairəsinə görə ən böyük amnistiya sənədidir. Belə ki, amnistiya aktının ümumilikdə 20 min şəxsə şamil ediləcəyi gözlənilir ki, bunlardan da 5 mindən çoxu azadlıqdan məhkum etmə cəzasından azad ediləcək. Onun sözlərinə görə, amnistiya qərarının layihəsi çox mükəmməl hazırlanıb: “Qərarın preambulasında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Konstitusiyanın dövlətçiliyimizin təməlinin yaradılmasında rolu xüsusi vurğulanır. Qərar layihəsinin I hissəsində tətbiq edilən şəxslərin dairəsi müəyyənləşir ki, burada cəmiyyətimizin bütün həssas təbəqələri nəzərə alınıb.  II hissədə amnistiyanın tətbiqinə məhdudiyyətlər yer alır. Bu da ilk növbədə ağır və xüsusilə ağır cinayətlərdir. 3-cü və 4-cü hissələr amnistiya aktının hüquqi qüvvəsi və tətbiqi qaydalarıdır. Belə ki, qərar qəbul olunduğu gündən qüvvəyə minəcək və icra müddəti 4 aydır. Amma tam əminliklə söyləmək olar ki, - indiyə qədər o qərarların icrasının təcrübəsinə söykənərək bunu deyirəm, - Azərbaycanın məhkəmə, hüquq mühafizə və ədliyyə orqanları tərəfindən bu qərarın daha tez icrası ənənəvi olaraq təmin ediləcək. Qərarda, eyni zamanda, amnistiya təsiri dairəsinə düşən şəxslərin sosial reabilitasiya və adaptasiya məsələləri də öz əksini tapır”.

Ə.Hüseynli  əminliyini ifadə edib ki, “Konstitusiya və suverenlik ili” münasibətilə verilən bu amnistiya vətəndaşlarımızın Azərbaycan dövlətinə sədaqət və qanunlara hörmət ruhunda formalaşmasına öz töhfəsini verəcək, xalqımızın haqq və ədalətə olan inamını daha da möhkəmləndirəcək.

Müzakirələrdən sonra amnistiya haqqında qərar təsdiqlənib.

Sonra deputatlar iclasın gündəliyində olan digər məsələləri müzakirə ediblər.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Dekabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see279

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see248

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see235

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see234

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see233

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see232

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see228

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see217

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see211

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see210

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see208

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see208

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see194

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see186

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see185

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see184

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see183

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see175

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see168

AZAL ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

24 İyun 2026 12:49see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri