Icma.az
close
up
RU
Parlament Azərbaycan və Çin arasında müqaviləni ratifikasiya edib

Parlament Azərbaycan və Çin arasında müqaviləni ratifikasiya edib

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Parlament Azərbaycan və Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın həyata keçirilməsi haqqında müqaviləni ratifikasiya edib.

Oxu.Az xəbər verir ki, sözügedən qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, sənəd 23 aprel 2025-ci il tarixində Pekin şəhərində imzalanıb.

Müqavilə suverenlik, qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda əsasında iki dövlət arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımla bağlı səmərəli əməkdaşlığı təşviq etmək məqsədinə xidmət edir.

Razılaşmaya əsasən, tərəflər məhkəmə və ya digər orqan tərəfindən sorğu və ya icra edilməsindən asılı olmayaraq, bu müqavilənin müddəalarına uyğun olaraq cinayət işləri ilə bağlı istintaq, cinayət təqibi və məhkəmə icraatı üzrə mümkün olan ən geniş qarşılıqlı hüquqi yardımı təmin edirlər.

Bu cür yardıma cinayət mühakimə icraatı üzrə sənədlərin təqdim edilməsi, şəxslərdən şahid ifadələrinin və ya izahatların alınması və verilməsi, ekspert rəylərinin alınması və verilməsi, icraata cəlb edilən əmlak və maliyyə hesablarına dair araşdırmanın aparılması və məlumatların yoxlanılması, milli qanunvericiliyə aid məlumat mübadiləsi və s. aiddir.

Müqavilənin məqsədləri üçün tərəflər bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, təyin edilmiş orqanlar - Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluq, Çin üçün Ədliyyə Nazirliyi və Ali Xalq Prokurorluğu vasitəsilə qarşılıqlı sorğu və yardıma aid məsələlərə dair bir-biri ilə əlaqə saxlayacaqlar.

Sənədə əsasən, sorğu edilən tərəf öz milli qanunvericiliyinə uyğun olaraq və sorğu əsasında sorğu edən tərəfin göndərdiyi sənədlərin təqdim edilməsini həyata keçirir. Hüquqi yardım haqqında sorğunun icrası zamanı sorğu edilən tərəf maraqlı şəxslərin qanuni hüquq və mənafelərini, o cümlədən onların şəxsi məlumatlarını öz milli qanunvericiliyinə uyğun olaraq qoruyur.

Müzakirələrdən sonra "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə"nin təsdiq edilməsi haqqında qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 İyun 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri