Icma.az
close
up
RU
Parlament binası necə olmalıdır və ya binların seçimlərimizə təsiri

Parlament binası necə olmalıdır və ya binların seçimlərimizə təsiri

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təxminən 80 il əvvəl Böyük Britaniyanın Baş naziri Uinston Çörçil parlament binasının memarlıq üslubunun, deputatların necə oturacağını, zaldakı məsafələri, hətta otağın ölçüsünün belə siyasi qərarların qəbuluna, debatların keyfiyyətinə və parlament mədəniyyətinə təsir edən,  dövlət idarəçiliyinin ayrılmaz hissəsi hesab edirdi.

1941-ci ildə alman bombardmanları nəticəsində Böyük Britaniya parlamentinin aşağı palatası, – İcmalar Palatası dağıdıldıqdan sonra ölkədə yeni parlament binasının necə tikilməli olduğu ilə bağlı geniş müzakirələr başladı. Bir çoxları müasir memarlıq həllərini, daha geniş və yarımdairəvi zalın inşasını təklif edirdi. Çörçill isə bu yanaşmaya qarşı çıxırdı. Onun fikrincə, məsələ parlament demokratiyasının necə işləyəcəyindən gedirdi.

1943-cü il oktyabrın 28-də parlamentdə etdiyi məşhur çıxışında Çörçill memarlığın siyasi institutlara təsiri barədə bu gün də aktuallığını qoruyan bir tezis irəli sürdü:
“Biz əvvəlcə binalarımızı formalaşdırırıq, sonra isə binalar bizi formalaşdırır”.


Çörçill bu sözü ilə siyasi institutların yalnız qanunlar və ənənələr üzərində deyil, həm də fiziki məkan üzərində qurulduğunu deməyə çalışırdı. Onun fikrincə, insanların bir-biri ilə necə ünsiyyət qurması, fikir ayrılıqlarını necə ifadə etməsi və kompromisə necə gəlməsi müəyyən mənada həmin məkanın memarlığından asılıdır.
Məhz buna görə də Çörçill İcmalar Palatasının əvvəlki quruluşunun saxlanılmasını müdafiə edirdi. O hesab edirdi ki, Britaniya parlamentinin uzunsov, düzbucaqlı zalı təsadüfi seçilməyib. Hakimiyyətlə müxalifətin bir-birinin tam qarşısında əyləşməsi parlamenti sadəcə səsvermə məkanından çıxarıb, açıq siyasi debat meydanına çevirir. Onun fikrincə, yarımdairəvi zallar konsensus yaratmaq baxımından əlverişli görünə bilər, lakin onlar siyasi məsuliyyəti və fikir toqquşmasını zəiflədə bilər.
Çörçill parlament zalının ölçüsünə də xüsusi əhəmiyyət verirdi. O bütün deputatların eyni vaxtda yerləşə biləcəyi böyük zal ideyasını dəstəkləmirdi. Onun arqumenti maraqlı idi: böyük zalların əksəriyyəti demək olar ki, həmişə yarıboş görünür və bu, parlament debatlarının enerjisini azaldır. Daha kiçik məkan isə deputatların mühüm müzakirələrdə bir araya gəlməsinə, çıxışların daha canlı və məsuliyyətli atmosferdə keçirilməsinə şərait yaradır.

Çörçillin parlament memarlığı ilə bağlı fikirləri uzun illər siyasi nəzəriyyənin maraqlı nümunəsi kimi qəbul edilirdi. Lakin son onilliklərdə memarlıq, psixologiya və neyroelm sahəsində aparılan araşdırmalar göstərir ki, insanların qərarları, davranışları və emosional vəziyyəti həqiqətən də yaşadıqları və işlədikləri məkanlardan təsirlənir.


Fransız filosof Qaston Başlyar 1958-ci ildə nəşr olunan "Məkanın poetikası" əsərində yaşanılan yerdən çox, insanın daxili aləmini formalaşdıran ilk məkan kimi təsvir edirdi. Onun fikrincə, insanın uşaqlıq xatirələri, təhlükəsizlik hissi, qorxuları və təxəyyülü yaşadığı evlə sıx bağlıdır. Başlyar yazırdı ki, ev insanın "ilk kainatı"dır və məkan yaddaşı insan psixologiyasının ayrılmaz hissəsidir.


Filosof evin müxtəlif hissələrinin belə insan şüurunda fərqli mənalar yaratdığını irəli sürürdü. Onun fikrincə, çardaq işıq, məntiq və düşüncənin simvolu olduğu halda, zirzəmi qeyri-müəyyənlik, qorxu və şüuraltı instinktlərlə əlaqələndirilir. Bu yanaşma daha sonra məşhur psixiatr Karl Qustav Yunqun şüur və şüuraltı haqqında nəzəriyyələri ilə də səsləşirdi.
Məkanın insan davranışına təsiri təkcə fəlsəfi mülahizə olaraq qalmayıb. Memarlıq psixologiyası sahəsində aparılan tədqiqatlar göstərir ki, gün işığı, tavanın hündürlüyü, pəncərələrin mövcudluğu, rənglər və otaqların planlaşdırılması insanların qərarvermə qabiliyyətinə, məhsuldarlığına və emosional vəziyyətinə təsir edir.
Bu istiqamətdə ən çox istinad olunan araşdırmalardan biri amerikalı memarlıq tədqiqatçısı Rocer Ulrixə məxsusdur. O, xəstəxanada aparılan müşahidələr zamanı pəncərəsi ağaclara baxan xəstələrin divara baxan xəstələrə nisbətən daha tez sağaldığını, daha az ağrıkəsici qəbul etdiyini və tibb personalı ilə daha müsbət ünsiyyət qurduğunu müəyyən etmişdi. Sonradan bu tədqiqat xəstəxana memarlığında "sağaldıcı məkan" konsepsiyasının yaranmasına təsir göstərdi.


Məkanın insan davranışına təsirini ən yaxşı nümayiş etdirən nümunələrdən biri də müasir ticarət mərkəzlər, - MALL-lardır. Bir çox iri alış-veriş mərkəzləri insanın mağazada daha uzun qalmasını təmin etmək üçün xüsusi layihələndirilir. Pəncərələrin və saatların olmaması, dolaşıq keçidlər, vahid hərəkət marşrutları və məhsulların yerləşdirilmə prinsipi təsadüfi seçim deyil. Bu yanaşma memarlıqda "Qruen effekti" kimi tanınır və istehlakçı davranışını istiqamətləndirmək məqsədi daşıyır.
Fransız antropoloqu Mark Oje isə bu prosesə başqa prizmadan yanaşır. O, hava limanları, iri ticarət mərkəzləri və beynəlxalq otellər kimi məkanları "məkansız yerlər" adlandırır. Ojenin fikrincə, belə məkanlar insanlarda aidiyyət hissi yaratmır. Burada tarix, kimlik və sosial münasibətlər arxa plana keçir, insan isə daha çox bilet nömrəsi, pasport və ya bank kartı ilə tanınan anonim fiqura çevrilir.


Bütün bunlar Çörçillin səkkiz onillik əvvəl səsləndirdiyi fikrə yeni məna qazandırır. O, parlament binasının memarlığının siyasi davranışa təsir etdiyini deyirdi. Müasir tədqiqatlar isə göstərir ki, bu təsir parlamentlə məhdudlaşmır. Məktəblər, xəstəxanalar, ofislər, evlər, muzeylər və hətta alış-veriş mərkəzləri belə insanların düşüncə tərzinə, qərarlarına və gündəlik davranışına təsir göstərən amillərdən biridir.
Başqa sözlə, memarlıq eyni zamanda insanın dünyanı necə hiss etməsinə, necə düşünməsinə və necə davranmasına da təsir edir. Bəlkə də məhz buna görə Çörçillin "Biz əvvəlcə binalarımızı formalaşdırırıq, sonra isə binalar bizi formalaşdırırıq" fikri bu gün də aktuallığını itirməyib.
Arifə Kərimzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 İyun 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri