Parlament seçkilərində səsvermə başladı Paşinyanın partiyası qalib gələcəkmi?
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanda yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə üst-üstə düşür) parlament seçkilərində səsvermə başlayıb.
Bizim.Media Ermənistan Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən xəbər verir ki, ölkədə 2 milyon 485 min 851 nəfər səsvermə hüququna malikdir.
Ölkə üzrə 2 min 5 seçki məntəqəsi açılıb. Səsvermə saat 20:00-da başa çatacaq. Bu seçkilərin nəticələri Ermənistanın yeni baş nazirini də müəyyənləşdirəcək.
Seçkilərdə ümumilikdə 18 siyasi qüvvə - iki blok və 16 partiya iştirak edir. Parlamentə girmək üçün partiyalara 4 %, bloklara isə 8 % (iki partiyaya qədər) və 10 % (ikidən çox partiya) hədd müəyyən edilib. Seçici iştirakı üçün hədd nəzərdə tutulmayıb.
Seçkiqabağı kampaniya əhəmiyyətli xarici təsir şəraitində keçib və ekspertlərin qiymətləndirmələrinə görə, bunun əsas mənbəyi Rusiya olub. Ölkənin aidiyyəti qurumları müxalif bloklar və partiyalar tərəfindən seçicilərin ələ alınması cəhdlərini dəfələrlə qeydə alıb.
"GALLUP International Association"ın Ermənistan nümayəndəliyinin keçirdiyi sorğunun məlumatlarına əsasən, opponentlərin 32,4 %-i hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasına səs verməyə hazırdır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 07 İyun 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















