Icma.az
close
up
RU
Parlament Təminat Fonduna yeni səlahiyyət verilməsini təsdiq edib

Parlament Təminat Fonduna yeni səlahiyyət verilməsini təsdiq edib

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət borcu haqqında” qanundadəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda təsdiq edilib. SİA xəbər verir ki, dəyişiklik dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılması (ödənilməsi) nəzərdə tutulur.

Bu, Təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaq.

Eyni zamanda layihədə "Büdcə sistemi haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsinin hazırlanması ilə əlaqədar uyğunlaşdırılmaların aparılması məqsədilə Təminat Fondunun mənbələri ilə əlaqədar düzəliş təklif olunub.

"Büdcə sistemi haqqında" qanunun 1.1.13- cü maddəsinə uyğun olaraq dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə büdcə ili ərzində ən geci verildiyi büdce ilinin sonunadək qaytarılmalı olan büdcə ssudaları ayrılır.

Mövcud qanunvericiliyə əsasən dövlət büdcəsindən ayrılmış büdcə ssudalarının vaxtında geri qaytarılması həmin ssudanı alan təşkilatların öhdəliyindədir. Lakin təcrübədə bu vəsaitlərin təşkilatlar tərəfindən geri qaytarılmasında bir sıra problemlər müşahidə olunmaqdadır.

Sözügedən layihə də məhz bununla əlaqədar büdcə ssudalarının vaxtında dövlət büdcəsinə geri qaytarılması mexanizminin formalaşdırılması məqsədilə hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 İyul 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naməlum obyekt Saturna çırpılır...

12 İyul 2025 21:16see210

JLonun konsert üçün tələbləri məlum olub

13 İyul 2025 08:17see129

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see125

Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

13 İyul 2025 04:14see123

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see121

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see117

Rusiya qonşu ölkələrdə gərginlik yaratmağa çalışır

12 İyul 2025 16:44see117

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see117

İtaliya hökuməti ABŞ ilə tarif razılaşmasına ümid edir

12 İyul 2025 23:08see116

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

12 İyul 2025 22:07see116

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see115

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see114

Yamal 18 yaşını harada qeyd edəcək?

12 İyul 2025 16:57see114

Yaddaşları oyadan kitablar

13 İyul 2025 08:18see112

Dünyada yeni dövlət yaranır

12 İyul 2025 16:28see112

Mahir qol vurdu, komandası darmadağına sevindi

12 İyul 2025 22:54see112

Süni intellektin köməyi ilə hamilə qaldı

12 İyul 2025 17:02see112

Faciəvi şəkildə ölən kişilər sahədə işləməyə gedirmiş Video

13 İyul 2025 20:23see112

Gah sarışın, gah əsmər…

13 İyul 2025 02:41see109

Ərdoğanın tarixi nitqi həyat yoldaşını ağlatdı Video

12 İyul 2025 16:19see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri