“Parlament” və “Hökumət” futbol oynadı VİDEO
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün Bakı Tennis Akademiyasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin final mərhələsi keçirilib.
"Unikal" xəbər verir ki, Nazirlər Kabineti ilə Milli Məclis arasında yoldaşlıq görüşünə start verilib.
“Hökumət” komandası “Parlament” kollektivi ilə 6:6 hesablı heç-heçə edib.
“Hökumət” komandasının heyətində çıxış edən Ümin Əmrullayev oyunla bağlı təəssüratlarını bölüşüb: “Matç gərgin mübarizə şəraitində keçdi. Dostluq qalib gəlsin deyə tərəflər bir-birinə güzəşt edirdilər. Bu cür turnirlər gənclərin idmana marağının artmasında rol oynayır. Müxtəlif peşə sahiblərinin bir araya gəlib belə turnirlərdə mübarizə aparması çox xoş haldır və təqdirəlayiqdir”.
Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 07 May 2026 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















