Icma.az
close
up
RU
Parlamentari: Danışqların nəticəsizliyi yeni gərginlik dalğasının başlanacağına işarədir

Parlamentari: Danışqların nəticəsizliyi yeni gərginlik dalğasının başlanacağına işarədir

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda ABŞ və İran arasında İslamabad şəhərində keçirilən birbaşa danışıqlar gözlənilən nəticəni vermədi. Təxminən 21 saat davam edən intensiv müzakirələrə baxmayaraq tərəflər razılığa gələ bilmədi və proses qarşılıqlı ittihamlarla başa çatıb.

ABŞ-ın mövqeyini açıqlayan vitse-prezident Cey Di Vens danışıqların yekununa münasibət bildirərək qeyd edib: “21 saatdır bu məsələ üzərində işləyirik və iranlılarla bir sıra mühüm görüşlər keçirmişik. Bu yaxşı xəbərdir. Pis xəbər isə razılığa gələ bilməməyimizdir. Məncə, bu vəziyyət ABŞ-dan çox İran üçün pis xəbərdir.” Vens bildirib ki, ABŞ tərəfi öz “son və ən yaxşı təklifini” təqdim edərək danışıqlardan ayrılıb və bundan sonrakı addım İranın qərarından asılı olacaq. İran tərəfi isə danışıqların uğursuzluğuna fərqli yanaşma sərgiləyib. İran mediasında yayılan məlumatlarda qeyd olunur ki, razılaşmanın əldə olunmamasının əsas səbəbi ABŞ-ın “həddindən artıq tələbləri” olub. Xüsusilə Hürmüz boğazı, nüvə materiallarının ölkə xaricinə çıxarılması və sanksiyalar kimi məsələlərdə ciddi fikir ayrılığı yaranıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə prosesi daha geniş kontekstdə qiymətləndirərək bildirib: “Bu görüşlər ABŞ və İsrailin son 9 ayda ikinci dəfə başlatdığı və 40 gün davam edən müharibədən sonra, güvənsizlik və şübhə mühitində keçirildi. Buna görə də bir görüşdə razılığa gəlməmək təbiidir. Onsuz da heç kim belə bir nəticə gözləmirdi.”

Görüşü şərh edən Milli Məclisin deputatı Azər Badamov Sherg.az-a bildirib ki, ABŞ-İran danışqlarının nəticəsiz olacağı qabaqcadan bəlli idi. Onun sözlərinə görə, İslamabada hər iki tərəf daban-dabana zidd tələblərlə getmişdi:

"Yəni tərəflərin mövqelərində heç bir yaxınlaşma müşahidə olunmurdu. Danışqların ən yadda qalan hadisəsi 47 ildən sonra onların bir masa arxasında oturması oldu. ABŞ öznünü diktə edən tərəf kimi göstərməyə çalışsa da İran öz mövqeyini dəyişmədi və tələblərini qarşı tərəfə qəbul etdirməyə israrlı olduğunu nümayiş etdirdi. Danışqların nəticəsiz başa çatması Yaxın Şərqdə yeni gərginlik dalğasının başlanacağına bir işarədir. Amma ən pis diplomatiya yaxşı müharibədən daha yaxşıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Aprel 2026 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri