Icma.az
close
up
RU
Parlamentari: “Şuşada, Xankəndidə və Xocalıda dalğalanan bayrağımız əbədi olacaq”

Parlamentari: “Şuşada, Xankəndidə və Xocalıda dalğalanan bayrağımız əbədi olacaq”

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Tural Gəncəliyev: “Vətən müharibəsi güclü Azərbaycanın başlanğıcı oldu”

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən 6 il ötür. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük müharibə ölkənin tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Müharibə zamanı həlak olan hərbçilərin və mülki şəxslərin xatirəsi bu gün müxtəlif tədbirlərlə yad edilir. 

Vətən müharibəsi dünyada Azərbaycanın nüfuzu ilə bağlı geniş rezonans doğurmaqla yanaşı, ölkənin sonrakı siyasi və diplomatik gündəminə də təsir edən əsas hadisələrdən biri olub.

Müharibənin ildönümü ilə bağlı Xankəndinin Millət vəkili Tural Gəncəliyev Sherg.az-a danışıb: 

"Bu gün tariximizin ən şanlı və şöhrətli günlərindən biridir. Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməyə başladığı və tariximizə qızıl hərflərlə yazılan gündür. Bu gün, 6 il əvvəl- 2020-ci ildə Milli Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə düşmən ordusunu darmadağın edərək irəlilədi və Şuşaya, Qarabağa, Xankəndiyə doğru şanlı zəfər yürüşünə başladı. Mən də Xankəndini təmsil edən deputat, millət vəkili kimi böyük fəxarət hissi keçirirəm ki, bu gün Zəfərimizin ildönümünü qeyd edirik. Şəhidlərimizin qisasını aldıq, onların qanı yerdə qalmadı. Bu, təkcə Azərbaycanın Ermənistan üzərində qələbəsi deyildi. Bu, xalqımızın geri dönüşü, Azərbaycanın potensialının və gücünün göstəricisi idi. Dövlətimiz həqiqətən də elə bir güc nümayiş etdirdi ki, Ermənistan ordusunun onurğa sütunu təkcə qırılmadı, eyni zamanda onun havadarlarının və işğala dəstək verən qüvvələrin də mövqeləri sarsıldı".

Parlamentari Azərbaycanın bu müharibədə qələbə qazanmaqla yeni reallıq yaratdığını vurğulayıb:

"Bu reallıq hətta dünya nizamının yenidən nəzərdən keçirilməsinə səbəb oldu. Biz torpaqlarımızı işğaldan azad etməklə beynəlxalq hüququn ayaqlar altına atılmış nüfuzunu bərpa etdik. BMT Təhlükəsizlik Şurasının illər əvvəl qəbul etdiyi, lakin icra olunmayan dörd qətnaməsini yerinə yetirdik. Azərbaycanın bu uğurundan sonra işğala və ədalətsizliyə məruz qalmış xalqlar və ölkələr ədalətin bərpa edilməsinin mümkün olduğunu gördülər. Bundan sonra Azərbaycanı erməni məsələsi ilə məhdudlaşdırmağa çalışan qüvvələr də müharibə zamanı və müharibədən sonra baş verən proseslərdən mühüm nəticələr çıxardılar. Azərbaycanın başlatdığı və qələbə ilə başa vurduğu Vətən müharibəsi təkcə hərbi meydanda deyil, qlobal miqyasda da böyük əks-səda doğurdu. Ona görə də bu müharibə yalnız savaş meydanında deyil, diplomatik və siyasi cəbhədə də qazanıldı. Bu müharibə, eyni zamanda, təfəkkürdə qazanıldı. Azərbaycan xalqı, Azərbaycan Ordusu və Ali Baş Komandanın rəhbərliyinə şüurumuzla, ruhumuzla, təfəkkürümüzlə inanırdıq. İnanırdıq ki, bu müharibəni qazanacağıq və qazandıq da".

Millət vəkili qeyd edib ki, rəsmi Bakı bu müharibədən sonra qlobal siyasətin və beynəlxalq gündəmin formalaşmasında fəal iştirak edən dövlətə çevrildi:

"Biz böyük qələbə qazandıq və bu qələbə Azərbaycanı daha böyük imkanlara və yeni hədəflərə apardı. Bu qələbə ilə Azərbaycan yeni reallığı beynəlxalq təşkilatlarda fəal təmsilçiliyi və liderliyi ilə də təsdiqlədi. Azərbaycanın resursları və potensialı qlobal səviyyədə özünü göstərməyə başladı. Rəsmi Bakı beynəlxalq təşkilatlara rəhbərlik etdi, liderlik nümayiş etdirdi. Məsələn, Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan dünyanın müxtəlif xalqları üçün ümid mənbəyinə çevrildi. Hüquqları pozulan xalqların müdafiəsində fəal mövqe nümayiş etdirdi".

Müsahibimiz bu müharibənin həqiqətən də həm geosiyasi baxımdan, həm təfəkkürümüzdə baş verən dəyişikliklər, həm də yaratdığı yeni reallıq baxımından güclü Azərbaycanın başlanğıcı olduğunu söyləyib:

"Bu gün biz böyük fəxarət hissi ilə Vətən müharibəsinin ildönümünü yad edirik. Şuşada, Xankəndidə, Xocalıda və digər ərazilərimizdə dalğalanan bayrağımız əbədi olaraq dalğalanacaq və dalğalanmaqda da davam edəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Sentyabr 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri