Icma.az
close
up
RU
Parlamentari: Zəngəzur dəhlizinin reallaşması önəmli qələbədir

Parlamentari: Zəngəzur dəhlizinin reallaşması önəmli qələbədir

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

100 ildən sonra ilk dəfə olaraq Azərbaycanın Naxçıvanla itirilmiş quru xətti bərpa olunur



Azərbaycanın uğurlu daxili və xarici siyasəti ölkəmizin beynəlxalq aləmdəki reytinqini getdikcə yüksəldir. Müstəqil respublikamız qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında həlledici söz sahibi olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə, ikitərəfli münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafına böyük önəm verir. Azərbaycan və ABŞ münasibətləri müstəqilliyin ilk illərindən etibarən strateji əməkdaşlıq və qarşılıqlı maraqlar üzərində qurulub. İki ölkə arasındakı əlaqələr enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi inkişaf, demokratik institutların möhkəmləndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrini əhatə edir. Zamanla bu münasibətlər ikitərəfli səviyyədən qlobal miqyasda əməkdaşlıq platformasına çevrilib. Donald Trampın birinci prezidentlik dövründə Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində verdiyi dəstək Azərbaycanın ABŞ üçün önəmli strateji əməkdaş olduğunu göstərir. Bayden administrasiyasının 2021-ci ildə iqtidara gəlməsi ilə Azərbaycan-Amerika münasibətlərində soyuqluq yarandı. Bunun əsas mənbəyi Bayden administrasiyasının ermənipərəst mövqeyidir ki, bu da ikitərəfli əlaqələrə ciddi zərbə vurmuşdu. Lakin Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra bu münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün real perspektivlər yaranıb. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlıq üçün güclü zəmin yaradır. 2025-ci ilin avqust ayında Prezident İlham Əliyevin ABŞ-yə rəsmi səfəri və bu çərçivədə Ermənistanla imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda və daha geniş geosiyasi məkanda mühüm dönüş nöqtəsi oldu. Bu hadisə Azərbaycan-Amerika münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və uzunmüddətli münaqişənin diplomatik yolla həllinə doğru atılan əhəmiyyətli addım kimi qiymətləndirilir. Azərbaycan Prezidentinin Ağ Evdə keçirilən görüş və mətbuata bəyanatla çıxışı ölkəmizin beynəlxalq münasibətlər tarixində mühüm hadisə kimi yadda qaldı. ABŞ Prezidenti ilə baş tutan görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlıq əlaqələri, regional sülh gündəliyi və yeni əməkdaşlıq perspektivləri müzakirə olundu. Vaşinqton səfəri Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir.



Millət vəkili Tural Gəncəliyev Sherg az-a açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutdu. Deputat vurğulayıb ki, həm ikitərəfli əlaqələr, həm də regiondakı sülh prosesləri baxımından mühüm tarixi əhəmiyyət daşıyır:

 "Bu səfərin gündəliyini iki əsas istiqamət üzrə qruplaşdırmaq olar: İlk olaraq Azərbaycan-ABŞ əlaqələrinin yüksək səviyyəyə çatması və ikitərəfli münasibətlərdə yeni dövrün başlanması istiqamətini qeyd etməliyik. İkinci istiqamət isə təbii ki, Azərbaycan-Ermənistan arasındakı sülh gündəliyi və regional sabitlik məsələsidir. Azərbaycan-ABŞ əlaqələrindən bəhs edərkən, onu vurğulamaq lazımdır ki, 2024-cü ilin noyabrında ABŞ-də keçirilən prezident seçkilərindən bir müddət əvvəl Şuşada baş tutan Qlobal Media Forumunda İlham Əliyev ABŞ-dəki seçki prosesi ilə bağlı sualı cavablandırarkən o dövrdə prezidentliyə namizəd olan Donald Tramp haqqında müsbət fikirlər səsləndirmiş, onun siyasətini dəyərləndirmişdi. Prezidentin bu çıxışı diplomatik baxımdan Trampın namizədliyinə verilmiş bir dəstək kimi qəbul olundu. D.Tramp ABŞ Prezidenti seçildikdən sonra da hər iki ölkə arasında telefon danışığı, eləcə də çoxsaylı məktub mübadiləsi həyata keçirildi. Səfər çərçivəsində imzalanan mühüm sənədlərdən biri “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” oldu. Bu sənəd iki ölkə münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyır. Bu strateji tərəfdaşlıq Azərbaycan-ABŞ arasında əsasən enerji, ticarət və tranzit də daxil olmaqla regional bağlantılar, süni intellekt, rəqəmsal infrastruktur və iqtisadi sərmayə, müdafiə sənayesi, terrorizmə qarşı mübarizə və təhlükəsizlik sahəsində əməkdaşlıq istiqamətlərini əhatə edəcək".


Parlamentarinin sözlərinə görə, səfərin diqqətçəkən məqamlarından biri də 1992-ci ildə qəbul edilmiş və Azərbaycana ABŞ-dən dövlət yardımını məhdudlaşdıran “Azadlığı Müdafiə Aktı”nın 907 saylı düzəlişinin icrasının dayandırılması oldu: 

"Xatırladaq ki, bu düzəliş Ermənistanın torpaqlarımızı işğal etdiyi dövrdə Azərbaycana qarşı əsassız ittihamlarla qəbul edilmişdi. Son illərdə Bayden-Blinken administrasiyası bu düzəlişi yenidən gündəmə gətirərək təzyiq vasitəsinə çevirməyə çalışmışdı. Trampın qərarı isə münasibətlərin müsbət istiqamətdə dəyişməsinin göstəricisidir. Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı isə onu qeyd etmək lazımdır ki, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüşdə nəticədə birgə Bəyannamə imzalanıb. Məlumdur ki, Azərbaycan sülh müqaviləsi imzalamaq üçün Ermənistana iki əsas şərt irəli sürüb. Həmin şərtlər, Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət və Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması idi. Bu şərtlər artıq nəzərə alınıb. Bu, yekun sülh sazişinin imzalanması üçün mühüm addımdır".


T.Gəncəliyev qeyd edib ki, bundan başqa, sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsinin yaradılması barədə razılıq əldə olundu ki, bu da Zəngəzur dəhlizinin reallaşması deməkdir:

 "Vaşinqtonda həmçinin ABŞ ilə Ermənistan arasında Zəngəzur dəhlizinin işə düşməsinə dair saziş imzalandı və ABŞ bu layihənin qarantı rolunu üzərinə götürdü. Beləliklə, Zəngəzur dəhlizinin reallaşması Azərbaycan Prezidentinin çox önəmli bir qələbəsidir. 100 ildən sonra ilk dəfə olaraq Azərbaycanın Naxçıvanla itirilmiş quru xətti bərpa olunur. Vaşinqton görüşündə daha bir əlamətdar hadisə – Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsinin mətnini paraflaması oldu. Bu, hələ yekun imza demək olmasa da, razılaşdırılmış mətnin təsdiqi baxımından mühüm mərhələdir. 2026-cı ildə Ermənistanda keçiriləcək konstitusiya referendumu ilə birlikdə sazişin imzalanması gözlənilir. Hesab edirəm ki, bütün bu nailiyyətlər, Azərbaycan Prezidentinin dövlətçilik tariximizdə son 300-400 ilin ən mühüm diplomatik qələbələrindən birinə imza atmasıdır. Cənab Prezident müharibədə əldə etdiyi zəfəri sülh masasında da davam etdirərək, regionda və beynəlxalq hüquq müstəvisində yeni bir mərhələnin əsasını qoyub". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Avqust 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see243

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see211

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see180

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see148

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see140

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see138

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see137

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri