Icma.az
close
up
RU
Parlamentdə Elgünün qətlindən danışıldı: Normal insan belə hadisə törədə bilməz

Parlamentdə Elgünün qətlindən danışıldı: Normal insan belə hadisə törədə bilməz

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küçədə döyülüb.

Bir neçə gün öncə mətbuata açıqlama verən mərhumun dayısı Rövşən Zeynalov Elgünün döyülərək tanınmaz hala salındığını deyib. Onu peşə məktəbinin mühafizəçisi tapıb. Ağır vəziyyətdə xəstəxanaya aparılıb və ertəsi gün dünyasını dəyişib.

Anası bildirib ki, Elgün nə dalaşqan, nə pis iş tutan uşaq olub, həm oxuyurdu, həm işləyirdi: 

"Repetitor yanında hazırlıqlarından başqa o bazar günləri restoranda ofisiant işləyirdi. İmtahanına 15 gün qalmışdı, istəmirdim dərslərindən yayınsın, gecə yorğun gəlib yatdı, ertəsi gün informatika hazırlığına hazırlaşdı, öpüb yola saldıq, axırıncı dəfə elə o hazırlıqda olub. Danışdım, dedi son zəng hazırlığına gedirəm. Ondan sonra neçə dəfə yığsam da, zəng çatmadı Elgünə". 

Qətlə yetirilən 18 yaşlı gənc Gəncə şəhərində yerləşən 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin ibtidai istintaqı aparılır.

Cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 Elgünün qətli Milli Məclisin bu gün keçirilən iclasında da gündəmə gəlib. Parlamentdə Gəncəni təmsil edən deputat Naqif Həmzəyev deyib ki, cinayətkəar cəzasız qalmayacaq:

“Çox təəssüf edirəm ki, belə amansız hadisə baş verib. Əminəm ki, Azərbaycan polisi və güc orqanları cinayəti törətmiş şəxs və ya şəxsləri mütləq tapacaq. Cinayətkarlar cəzasız qalmayacaq. Qanun qarşısında cavab verəcək. Elgünün ailəsinə və yaxınlarına başsağlığı verirəm. Normal insan belə hadisə törədə bilməz. Tezliklə cinayətin səbəb və təfərrüatlarını öyrənəcəyimizə ümid edirik.

Cəmiyyətimizdə belə ağır və ağılasığmaz cinayətlərin baş verməməsi üçün daha çox işləməliyik. Təhsil müəssisələri, valideynlər, aidiyyəti qurumlar səfərbər olmalı, uşaqlarımızın, yeniyetmələrin, gənclərin tərbiyəsinə daha çox yatırım etməlidir. Uşaqların ən həssas dönəmlərində onları qətiyyən tək qoymaq olmaz. Kaş, bu hadisə baş verməzdi. Bir gəncin, bir ailənin ümidləri puç olmazdı”. (modern)

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 May 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri